XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



Peskov: "Rusiya heç kimi təhdid etmir"
DÜNYA 10:46 / 19.10.2021

"Rusiya Avropa İttifaqında əməkdaşlıq etmək üçün ölkə axtaran güclü dövlətdir və heç kimə təhlükə yaratmır"- deyə  "France 5" telekanakının "Vladimir Putin: oyunun sahibi" ( Poutine, le maitre du jeu) sənədli filmi üçün müsahibə verən,  RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Ukrayna sərhədlərinə rus qoşunlarının yığılmasından narahatlıq keçirdiyini bildirən jurnalistə, Peskov : "Vəziyyətlə bağlı məlumatları diqqətlə izləmək lazımdır. Rus qoşunlarının sərhədə gətirilməsindən əvvəl NATO bu ərazilərdə kütləvi hərbi təlimlər keçirir. Lakin nədənsə hamı bizim ordu haqqında danışır, alyansın bu bölgədə cəmləşdirdiyi güc barədə susur"- deyə cavab verib.

Putinin mətbuat katibi, Ukraynanın NATO -ya can atmasını ən pis pespektivli ssenari adlandırıb. "Bu baş verərsə Rusiya öz təhlükəsizliyini qorumaq üçün tədbirlər görəcək" - deyə O, əmin edib.


978 oxunub

InvestAZ