XƏBƏR LENTİ
09 Dekabr 2021
08 Dekabr 2021



GÜNÜMÜN MƏNZƏRƏSİ -Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 09:50 / 19.10.2021

(Nəfəsimin  çatmadığı   bu  anın  şeiri)

Hər  gün bir  az da əyilir
Bir  az da lal - kar  oluram...
Bir az da  kədər  geyinir -
Bir az da  ruhən  soluram...

Çözülmür, bitmir  günahım
Ölüm də təlxəklik edir...
Unudub  məni  Allahım,
Baxmadan  yanımdan  gedir?!

Ağrıdan  sıxıb  dişimi
Düşünürəm ancaq  onu!
Köçüm, bitirim  işimi - 
Onun  istədiyi  sonu!

...Hər  gün  bir  çimdik  kül  olmaq -
Xoşbəxtlikdi  bəlkə  bu  da!
Necə  gözəldi  boğulmaq -
Qəbrimə  səpdiyin su da!..


3358 oxunub

InvestAZ