XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



Bəzi səfirlər Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
DÜNYA 09:10 / 19.10.2021

ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenisəs.az  bildirir ki, Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici Nazirliyində olan mənbələrdən bildirilib.

Məlumata əsasən, diplomatlar Osman Kavalanın mühakiməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə dəvət edilib. O.Kavala 2016-cı ilin iyulunda FETÖ terror təşkilatı tərəfindən Türkiyədə çevriliş cəhdində iştirak etməkdə ittiham olunur.

Diplomatlar O.Kavalanın azadlığa buraxılmasını tələb edərək, onun məhkəməsinin guya "Türkiyədə demokratiyaya və qanunun aliliyinə kölgə saldığını" deyiblər.


2765 oxunub

InvestAZ