Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib.

Yenisəs.az bildirir ki,Türkiyə Prezidenti bu barədə özünün tviter səhifəsində yazıb.

"Aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, teleyi taleyimiz, kədəri kədərimiz can Azərbaycanı 18 Oktyabr Müstəqilliyinin Bərpası Gününü səmimi qəlbdən təbrik edirəm”, - deyə Türkiyə liderinin təbrikində qeyd olunub.

Türkiyənin dövlət başçısı paylaşımına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə fotosunu da əlavə edib.