XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



QARA DÜYÜNÇƏ - Əlisəfa AZAYEV yazır
Ədəbiyyat 11:28 / 18.10.2021


Qarsalan kişi çox səliqə-səhmanlı bir adam idi. Hər gün səhər tezden işə gələn kimi bir tərəfə çəkilib müsəlmansayağı üzünü qibləyə tərəf çevirib, əvvəl ikiəlli dua verər, sonra da salavat çevirərdi...

Məsələ bunda idi ki, kişinin ibadəti bununla yekunlaşmazdı... Sonra da, o üzünü qərbə tərəfə çevirərək və eyni təmkinlə yenidən təkrar dua verər və salavat çevirərdi. Bu qəribə hərəkəti də dost- tanışlar, yaxınlar arasında bəzən heyrətlə qarşılanar, soruşardılar: "A kişi, bu necə dua vermək, salavat çevirməkdi?!

Belə bir sualla da bir gün ona Yağmur müraciət edəndə, kişi dedi:

- Bala, sakit ol, sənin hələ bilmədiyin çox şey var.

Sən məni əvvəl səssizliyin hikmətindən danışsana!

Oğlan heyrət içində ona baxa- baxa qaldı. Sonra isə sualını bir daha təkrar elədi,

soruşdu:

- Bu necə olur axı... Müsəlman deyilsiniz? Bir dəfə dua verdiniz, bəs deyil? Bəs

sonradan təkrarlanan bu hərəkətlər nədir? Özü də onlar tərəfə, erməni qibləsinə?

Kişi onda aydın bir söz deməyərək, baməzəliklə gülümsədi, başını buladı.

- Dəsgahın olsun... Sözə bax da ... Əlbəttə orada qalan var...

Oğlan da lap ağ elədi.

- Bəlkə orada istədiyin, sevdiyin birisi qalıb?

- Hə...

- Doğurdan?

- Niyə olmasın ki...

Oğlanın beləcə təhkidini görüb, onda Qarsalan kişi çox mətləblərdən agah elədi

onu:

- Oğul, sən məni başa düşə bilməzsən... Yalnız bu torpaqda mənim kimi qərib

olanlar başa düşər məni...

- Sənə nolub ki? Niyə qəribsən ki?

- İnsan doğulduğu, boya-başa çatdığı torpaqdan uzaq düşəndə həmişə qərib

olur, oğul... Nolsun ki, burada qayğı ilə əhatə olunmuşuq, az-çox imkanımız da var...

- Hə də... O torpaq sahələrin, təsərrüfatın, mal-qaran, qoyun sürün...

- Yox , oğul... Bunlar hamısı boş söhbətdi. Vətən, torpaq nisgilinin yerini heç nə ilə

ödəmək, doldırmaq olmur.

- Onda belə çıxır ki, bura sizin üçün vətən deyil?!..

- Dedim axı...Vətəndi... ancaq doğulduğum torpaq, yurd istəyi başqadı. Mənim

əzizlərimin, yaxınlarımın qəbirləri o torpaqdadı... Nə qədər özümə təsəlli versəm də, mən burada necə sakit ola bilərəm?...

- Düzdür... Mən bu məsələdə sizinlə razı...

- Hə... İndi başa düşürəm... İnsan həmişə göz açdığı, doğulduğu torpağa can atır...

Mən ikinci dəfə dua verəndə, salavat çevirəndə həmişə onları anır, xatırlayıram...

İlahidən təvəqqem odur ki, məni də öldürəndə o yerlərə qismət eləsin...

- Bilirsən də... Öləndə də gərək gözəl öləsən... Öz yaxınlarının , dostlarının

əhatəsində gözlərini yumasan... Əcdadlarının uyuduğu torpaqda dəfn olunasan...

- ...

- Yoxsa, el-belə... Harada gəldi... Ruhi sakitlik tapmırsan axı...

- Başa düşürəm sizi...

Sonrakı görüşlərinin birində rahat bir yerdə əyləşib söhbət edirdilər.Sanki Qarsalan kişi öz şirin söz- söhbəti ilə ona yaxın bir adam olmuşdu: Dedi:

- Allah o bığlının evini yıxsın... Birinci köçün əsasənı o qoydu...

- ...

- Sonra da bir... Bu yerlər nə qədər gözəl olsa da, bizim yerlərin gözəlliyini vermir axı...

- Oralar da qədim türk torpaqlarıdı da...

- Əlbəttə ki...

Yağmur söhbət düşmüşkən dedi:

- Ruzgar kişi, sən mənim canım düzünü de... Hamı bu erməniləri lənətləyir.

Doğrudan heç bunların bir tərifli, müsbət tərəfləri yoxdur?

- Kişi başını bulaya-bulaya dedi:

- Ey... Danışırlar da... Əlbətdə ki, indi elə lənətlənməlidirlər.Cünki narazılıq etdilər,

qan tökdülər... Haqqı dandılar...

- ...

- Ancaq özün fikirləş... Xalq ola, onun müsbət, yaxşı tərəfi olmaya?...

- Məsələn...

- Biri elə onu deyim ki, ermənilər dillənməyi heç xoşlamırlar... Ehtiyacı olan, əl açan

görsələr... Özlərinkinin üstə çığıracaq, lənətləyəcək, qovacaqlar... Ancaq başqa,millətdən olana sədəqə verəcəklər...

- Bax da...

- Bəli... Obnlar belədi...

Bir dəfə də yol gedirdilər. Yenə də dili dinc durmadı. Kiişinin maraqlı məlumatlarını dinləmək üçün onu söhbətə çəkdi. Var-dövlət, qazanc barədə dediyi sözlər onun üçün xüsusilə yaddaqalan oldu. Dedi:

- Oğul, çalışıb-vuruşmaqla deyil ki... Gərək ilk növbədə qismət ola... Bizim eldə

belə bir misal vardı... Deyərdilər ki, var-dövləti Allah istəyəndə adama lap döyə-döyə verir...

- Maraqlı söhbətdi...

- Bəli... O vaxt bizim kəndə bir türk pasası hərbi dəstəsi ilə gəlir. Onda da adət

imiş, hər əsgəri bir evdə yerləşdirər, qonaq saxıayarlarmış...

- Bu barədə mən də eşitmişəm...

- Türk komandiri qaldığı evdən, xidmətdən çox razı qaldığı üçün axırda evin

sahibəsi dul qadına deyir ki, döyüşə gedirlər... Geri qayıdıb-qayıtmayacaqları Allahın işidi... Onun bir qədər qızılı, pulu, əmanəti var. Onlar sizdə qalsın...

- Gözəl...

- Bir sözlə komandir deyir ki, qayıdaram yarı bölərik, qayıtmaram hamısı sizin

olar...

- Qadın razılaşır?

- Yox... Əvvəl qəti etiraz edir...Sonra isə komandirin təhkidin görüb deyir ki, onda

icazə verin oğlanlarımla məsləhətləşim...

- Anadı da ... Nə etsin ki...

- Bəli...Oğlanları da bu isə razılıq verməyəndə, türk komandiri onları ağaca

sarıtdırıb döydürür...Əlacı kəsilən oğlanlar onlara çırpılan şallaq ara versin deyə, əlacsız halda razılıq verirlər...

- İndikilər ola... Heç göz açmağa imkan verməzlər...

- Hə də...

- Türk komandiri qayıdıb gəlir?...

- Yox... Bu səbəbdən də bütün qızıllar həmin ev sahiblərinə qalır. Bu səbəbdən

kənddə onlar ən sayılıb-seçilən, imkanlı ailə olurlar.

O gündən sonra həmisə Qarsalan kişinin yanına can atar, onunla söhbətləşməyə, dərdləşməyə səy göstərirdi... Bir gün də onu yaxınlıqdakı hündür təpəyə tərəf qalxan gördü...Oradan haralarasa baxmaqda idi. Yanında olanda kövrək bir səslə dedi:

Bax... O istiqamətə bax... Başı qarlı bizim dağlardı... Buradan da açıq-aydın görünür...

Onun bu Vətən, el, torpaq həsrəti qəlbini göynətdi... Əlindən tutmuş halda ona təsəlli olmağa, səbr verməyə çalışdı:

- Qarsalan kişi, belə kədərlənmə... İnşallah, o torpaqlara qayıdarsınız...

- Nə vaxtı?!...

- Dünyanın o qədər qəribə gərdişləri olur ki...

- Buna görə SSRİ-nin dağılmağını istəmirdim... Çox kədərli hadisə oldu...

- SSRİ-ni də onun qəbirqazanları-Qarbaçov, Yelitsin dağıtdı da... Adın da qoydular

təbii proses...

Həmin gündən sonra Qarsalan kişini tez-tez həmin hündür təpənin üstünə çıxıb, həsrətlə o istiqamətə baxdığını qörərdi... Allah, yaşlı, artıq həyatının bu ahıllıq dövrünü yaşayan bu qəribə insandakı vətən, el, torpaq həsrətinə bax!...

Bir gün də onun ağır xəstə olduğunu eşitdi. Ona baş çəkmək, dəymək üçün yanına getdi. Rəngi çox ağarmış, saralıb-solmuşdu... Daha əvvəlki kimi ağır işlərlə məşğul ola bilmirdi. Orada olanda həyat yoldaşı Balabacı xalaya dedi:

- O mitilləri açıb- tökün, çırpın...

Qadın, gəlinləri heyrət içində bir-birlərinə baxdılar. Onlar elə zənn elədilər ki, artıq kişinin başı xarab olub, nə dediyini, kəsdirdiyini bilmir. Kişi isə hələ də təhkid etməkdə idi:

- Özü də ancaq oradan, ata yurdundan gələnləri. Bunlar, sonradan hazırladığınız

yorğan-döşəkcələr lazım deyil...

Qadın dözməyib dilləndi:

- İş tapmırsan da...

- Sən işində ol...

- Gəlinlərə əziyyət olacaq...

- Heç nə olmaz... Mən də kömək edərəm...

O gün kişi köhnə yorğan-döşəyi açdırıb, beləcə, çırpdırdı...Sonra da onlardan tökülən toz-torpağı xırda bir qara düyünçəyə yığdırıb, ağzını bağlatdıraraq arvadına verdi:

- Saxla...Gərək olar...

O, gördüklərindən sarsılmış halda yerində dönüb qalmışdı. Hə də bir söz soruşa bilirdi... Kişinin halı elə idi ki, güclə nəfəs alırdı. Dedi:

- Bəlkə səni həkimə aparaq?...

- Getmisdim...

- Nə dedi ki?...

- Nə deyəcək ki... O yerləri bir də görsəm ölmərəm...

Taleyin işi idi. Onun oğlu Rufan ali hüquq təhsili almış, imkanlı adamdı. Atasının göstərmədiyi həkim qalmasa da, kişi yaxşılaşana oxşamadı. Bir gün də gözlərini əbədi yumdu, dünyasını dəyişdi... Onun son nəfəsdə oğlunun əlini tutub dediyi sözlər hələ də onu təsirləndirir: "İmkan düşən kimi mənim məzarımı o yerlərə dəyişdir... Atamın-anamın yanında, ayaqları altında dəfn elətdir”...

O ağır anlarda Rufana təsəlli olmaq istəsə də, onu sakitləşdirə bilmirdi. Hədsiz qəhər, kövrəklik üçün də deyirdi:

- Ata, mən nə edim... Bu yağılarla hələlik dil tapmaq mümkün deyil... İnan, imkan

düşən kimi sənin sür-sümüyünü də olsa o torpağa aparacağıq, orada dəfn etdirəcəyəm...

Cənazə yuyulub hazır ediləndən sonra molla dua verdi, salavat çevirdi, Quran

oxundu. Müqəddəs kitabdan dediyi kəlamları bitirər-bitirməz, onun müraciətli səsi eşidildi:

- Ay camaat, bu kişi!...Ruzgar kişi çox halal bir kişi idi!... Onun haqqında mən

həyəcansız danışa bilmirəm!...Xeyir-dua verin... Birisinə borcu, kəm-kəsiri yox idi ki?

Səslər eşidildi:

- Yox...Halal-xoşu olsun!...

- Allah o dünyasını versin!...

- Yeri cənətlik olsun!...

Cənazə yola salınanda anası oğluna həmin qara düyünçəni verərək dedi:

- Götür, oğul... Atan bunu bu gün üçün saxlamışdı...İcindəki o yerlərin

torpağındandı... Gözləri üstə qoyarsan...

Bu sözləri eşitcək dəstədən, izdihamdan təsirlənməyən adam qalmadı... Sanki sadə bir insanın cənazəsi arxasınca yüzlər yox, minlər addımlayır, ona yas tuturdu...Kimsə pıçıldadı:

- Belə yerdə deyiblər də... Yaxşılıq insanları bir –birinə bağlayan ən möhkəm,

qırılmaz zəncirdi...

Müsahibi dilləndi:

- Bir də deyirlər ki, heyvan heyvanı iyləməklə, insan insana yaxşılıqla yaxınlaşar...

Artıq o vaxtdan gör neçə il keçib... Yağmur hər 9 May - Qələbə günü onun məzarına baş çəkərdi. Axı Qarsalan kişi veteran idi, Böyük Vətən müharibəsinin od-alovlarını görmüş, Leninqradın fəxri vətəndaşı idi. Blokada günləri onun min bir əzab- əziyyətini çəkmişdi...Məzarının üstə gül dəstəsi qoyanda pıçıldadı:

- Məni bağışla, Qarsalan kişi... Əvvəl-əvvəl çoxları kimii mən də sizi başa

düşməmişdim...Bəli vətən torpağı bizim üçün əsil qibləmiz, qibləgahımızdı...Axı orada bizə yaxın insanlar dəfn olunub... O gün olsun ki, düşmənlərimizlə dil tapaq, sülh olsun, sənin arzuların da həyata keçsin... Bəli, o torpaqlar da bizimdir... Qədim türk torpaqlarıdır...

Çox-çox illər sonra, o, bir dəfə yuxusuna girdi. Həminki kimi dua verir, salavat çevirirdi. Ancaq bu dəfə həmin hərəkətlər təkrarlanmadı... Sevincək halda yuxudan qalxıb səsləndi:

- Şükür!... Şükür Allaha!...

Həyat yoldaşı o an soruşdu:

- Sənə nolub belə? Yoxsa yuxu görmüsən?

- Hə...

- Kimi?!.

- Qarsalan kişini...

- Nə dedi ki?

- Bir söz demədi...Ancaq həmişəki kimi təkrar dua vermədi, salavat çevirmədi...Bu da

onu göstərir ki, böyük qaydış olacaq!... Biz yenə o torpaqlara qayıdacağıq!...İkili dua verməyə, salavat çevirməyə ehtiyac qalmayacaq!...

Onun bu sözləri həyat yoldaşı Arəstəni o qədər mütəəssir etdi, kövrəltdi ki, istər-istəməz ona sığındı, onu qucaqladı, üzündən öpərək, kövrəlmiş halda dedi:

- Kaş belə olaydı, İlahi! Nə gözəl olardı... Uşaqlıq yerlərimizdə gəzib-dolanardıq... O

illəri, günləri xatırlayardıq...Görəsən bir sinifdə oxuduğumuz o erməni uşaqları indi haradadırlar, nə edirlər?...

- Harada olacaqlar ki... Qarabağı sökür-talayır, quldurluq edirlər də...

- İnanmıram, onlar çox yaxşı uşaqlar idilər.

- Uşaq vaxtı hamı belə olur da...Ona görə elə yaxşı deyirlər ki, insan uşaq olanda quzu

tək sakit, həlim olur, yaşlaşanda əsil çoxbilmiş tülküyə dönür...

- Sənin kimi...

Bir dəfə də o qara düyünçəni yuxuda gördü... Necə də parıldayır, işıq saçırdı...Sanki qeybdən də bir səs ona deyirdi: "Ə, ayıq olun... Heç olmasa Qarsalan kişi ruhən sakitləşmək üçün bir yol tapdı... Bəs siz nə edecəksiniz?!. O torpaqlar bizimdi axı... Dövlət bir iş bacarmasa, xalq diplomatiyasını işə salın... Yaxınlaşın... Sonra gec olar... İllər hər şeyi unutdurur axı...

Bir dəfə onun adı barədə söhbət düşəndə Qarsalan kişi demişdi: " Mənim adım sizin fikirləşdiyiniz kimi " Qarsalan” mənasında deyil ey. Babalarımızın o vaxt Qarsı alması şərəfinə qoyulub... Qarsalan... Yəni Qarsı alan.


1232 oxunub

InvestAZ