XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



QARABAĞ ZƏFƏR YOLU FÜZULİDƏN KEÇİR... (Füzuli qələbəsinin birinci ildönümünə)
DÜNYA 11:18 / 18.10.2021

... XALQIMIZ QİZİL KİMİ MÜZƏFFƏR TARİXİ GÜNLƏRƏ ŞAHİDLİK EDİR!

...ERMƏNİ İŞĞALINA SON QOYAN TARİXİ ZƏFƏR GÜNÜMÜZÜN 1 İLLİYİ YAXINLAŞIR!

Biz ZƏFƏR GÜNÜMÜZƏ ZƏFƏR YOLU İLƏ gedirik!

Zəfər yolumuzsa Füzulidən - FÜZULİ QƏLƏBƏSİNDƏN keçir.

Bu ZƏFƏR yolu möhkəm dayandığımız Füzuli torpağından başlayıb AZƏRBAYCANIMIZIN HƏR TƏRƏFİNƏ İŞIQ SAÇAN ŞUŞA ZİRVƏSİNƏ UCALIR!

ZƏFƏR YOLUNA BİRLƏŞƏN FÜZULİ BEYNƏLXALQ HAVA LİMANINDAN QALXAN TƏYYARƏLƏR DÜNYANIN HƏR YANINA UÇMAĞA HAZIRDIR!

BU XARÜQƏLƏRİ YARADAN AZƏRBAYCAN XALQIDIR, DÖVLƏTİDİR, ONUN PREZİDENTİDİR!

...27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri və bilavasitə rəhbərliyi ilə erməni qəsbkarlarının hücumlarına cavab olaraq şanlı Azərbaycan ordusu işgal olunmuş ərazilərimizdə əks-hücum əməliyyatları həyata keçirdi. Uğurlu döyüş əməliyyatları nəticəsində düşmən tərəfindən qurulmuş istehkam xəttləri yarıldı, ermənilərin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası darmadağın edildi.

Düşmən tapdağı altında qalmış tarixi Azərbaycan torpaqlarının - Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocavəndin, Hadrutun, Mincivanın, Suqovuşanın, Ağbəndin, ..., hamısı işğaldan azad edildi.

Şanlı Azərbaycan ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində üçrəngli Azərbaycan bayrağı azad olunmuş doğma ərazilərimizdə - Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Hadrutda, Suqovuşanda, Kəlbəcərdə, Laçında, Ağdamda, xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində, ŞUŞADA qürurla dalğalanmaqdadır. Yaxın vaxtlarda xalqımız DAHA BÖYÜK QƏLƏBƏLƏR əzmindədir!

...Bəli bu qələbələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu dövlət siyasətinin, müasir tələblərə uyğun ordu quruculugunun və çox düzgün diplomatik səylərinin nəticəsində mümkün olmasına hər kəs əmindir. Ali Baş Komandan cənab İlham Əliyev döyüş əməliyyatlarına uğurla rəhbərlik etməklə yanaşı, ölkə Prezidenti kimi də olduqca mürəkkəb geosiyasi proseslərlə xarakterizə olunan müasir şəraitdə dərin intellekti, peşəkarlığı, əzmi və iradəsi ilə diplomatik cəbhədə də yorulmadan çalışır, Azərbaycanın haqq səsini bütün dünyaya bəyan edir.

Hazırda yaşından, etnik və dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, bütün Azərbaycan xalqı cəbhədə ordumuzun qələbələrinə öz töhfəsini vermək üçün Ali Baş Komandan və Prezident İlham Əliyevin ətrafında vahid yumruq kimi birləşmişdir. Xalqımızın hər bir nümayəndəsi kimi bizlər də ordumuza maddi-mənəvi və informasiya dəstəyini daha mütəşəkkil həyata keçirmək məqsədilə var qüvvəmizlə çalışır və bütün imkanlarımızı səfərbər etmişik. Cəbhədə hərbi əməliyyatlarla yanaşı, qızğın informasiya müharibəsinin getdiyi hazırkı şəraitdə bizlər də kütləvi informasiya vasitələrində müxtəlif çıxışlar edirik. Qarabağ həqiqətləri, erməni irqçi faşist ideologiyasının ifşa edilməsi, ədalətli dövlət siyasətinin təbliği, xalqımızın vətənpərvərlik ruhunun və haqq işinin dünya xalqlarına çatdırılması istiqamətlərində əlaqədə olduğumuz müxtəlif ölkə alimləri və ziyalılarıyla məqsədyönlü məlumatlandırma işləri aparırıq. Dağlıq Qarabağ müharibəsi ilə bağlı obyektiv məlumatların daha geniş dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə xaricdə fəaliyyət göstərən beynəlxalq qurumlara, universitet və elmi mərkəzlərə, görkəmli alim və mütəxəssislərə, ziyalılara, gənclərə, tələbələrə tərəfimizdən xüsusi məktublar və müraciətlər göndərilmişdir.

Eyni zamanda əldə olunan qələbə sevinclərimizi bölüşmək və hisslərimizi, düşüncələrimizi bildirmək üçün vaxtilə 1 il əvvəl böyük bir qrup olaraq Füzuli rayon ziyalılarınınn Ölkə Prezidentinə təşəkkür məktubu və müraciəti imzalanmışdır. Müraciətdə Hörmətli CƏNAB PREZİDENTƏ və CƏNAB ALİ BAŞ KOMANDANA bildirilmişdi ki, indiki mürəkkəb və şərəfli dövrdə Füzuli ziyalıları bütün xalqımız kimi Sizinlə fəxr edir, qürur duyur və Sizin daxili və xarici siyasətinizi tam olaraq dəstəkləyirik!

Bu parlaq qələbə heç şübhəsiz ki, Cənab PREZİDENTİN yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsi idi! Azərbaycan Silahlı Qüvvələri həqiqətən də bölgənin ən qüdrətli ordusudur və hərbçilərimiz qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə, işğalçılara tutarlı cavab verdilər.

Cənab PREZİDENTİ və xalqımızı əmin etmişdik ki, Füzuli ziyalıları və rayonun bütün əhalisi hər zaman olduğu kimi o həyəcanlı, məsuliyyətli və şərəfli anlarda da dövlətimizin, ordumuzun apardığı haqlı mübarizəni ürəkdən dəstəkləyir və müdafiə edirdik.

Müraciətdə sevinclə və məsuliyyətlə bildirmişdik ki, Biz həmişə sizinləyik, cənab Prezident! Biz sizinlə qürur duyuruq cənab Ali baş komandan!Biz sizin arxa cəbhədəki əmrinizə hazır olan əsgərlərinizik!

Biz həmin tarixi günlərdə Prezidentimizin tarixi müsahibələri ilə nəfəs alırdıq. Onlarla qürurlanırdıq. Fəxarət hissi keçirirdik. Bu tarixi günlər bizə bir vaxt əlçatmaz möcüzə kimi gələrdi. Bir zamanlar bu günə şahid olmaq naminə hər birimiz çox şeyi qurban verməyə hazır idik. Heyif ki, minlərlə insanımız bu xoş tarixi qələbə günlərini görmədən, gözlərdən sevinc yaşları gətirən bu qələbə xəbərlərini eşitmədən dünyadan yurd həsrəti ilə getdi. Eynən Füzulinin Aybasanlı, Qorqan,

Seyidəhmədli həsrətini özləriylə gözlərində, ürəyində o dünyaya aparan nənəmiz Gülüş kimi, anamız Anış kimi, Sarabəyim kimi, bacımız Zəmiş kimi, Məleykə kimi, atamız Qaraca kimi, Fərhad kimi, qardaşımız Tohid kimi, dayımız-əmimiz Mehdi kimi, Zeynal kimi, İmran kimi, Həşim kimi, Mirzəli kimi, Şahalı kimi, Zahid kimi, Hüseyn kimi, Fərəc kimi, onlarla dostlarımız kimi, yüzlərlə tanışımız, minlərlə ellilərimiz kimi...

...Azərbaycan Prezidenti dünyanın aparıcı televiziya kanallarına birbaşa durmadan müntəzəm müsahibələr verirdi. Onu bütün ədalət sevər dünya görür. Bizi sevməyənlər də, düşmənlərimiz olan işğalçı ermənilər də onlara gözdağı olan bu çıxışlarıı dinləmək zorundadırlar.

Prezident İlham Əliyev keçən il oktyabrın 17-də işğal altında olan neçə kəndimizin, sonrakı azadetmələr üçün açar şəhərlərdən hesab edilən Füzulinin düşməndən təmizləndiyini xəbər verir. Prezident milyonların ürəyində əks-səda oyadan elə sözlər deyir ki, o kəlmələrin hər biri 30 ilə yaxın bir müddətdə ürəklərdə qalan tikanı çıxarır, yaralarımıza məlhəm olur, qürurlanırıq, fəxarət hissi keçiririk. Hər birimiz elə zənn edirik ki, danışan elə bizik.

Bəli, bizim səsimizlə rəhbərimizin səsi bunca həmahəng, ürəyimizlə onun ürəyi bunca birgə olmamışdı. Bizim PREZIDENTIMİZ olmağın həqiqəti , fəlsəfəsi elə elə bu imiş, bundaymış!

Təəssüf ki bu günlərin içərisində oktyabrın 11-i və 17-si gecələri kimi Gəncəyə, dinc əhaliyə açılan raket atəşlərindən sonra həyatını itirən günahsız insanların, məsum körpələrin, neçə məhəllənin, evlərin dağıntısı sorağını aldığımız, acılar yaşadığımız kədərli saatlar da var. Lakin neyləməli, bizə düşmənin ən mənfuru, ən alçağı, qaniçəni nəsib olub. XIX yüzilin sonlarından etibarən bütün dünyada terrora rəvac verən qorxunc qüvvə kimi tanınan erməniçilik indi bəşər əleyhinə həmin cinayətkarlığını dövlət səviyyəsində həyata keçirməkdədir. Buna baxmayaraq çoxdan xiffətini çəkdiyimiz qələbə xəbərlərinin hər gün daha yenisini eşidərək qürrələndik. BİZ QALİB GƏLDİK! BU QALİBİYYƏTİN hamısının altındakı ilk imza BİZİM PREZİDENTİMİZİNDİR!

Odur illərcə ölkəmizi zənginləşdirən, gücləndirən, ordumuzu mükəmməlləşdirən, qüvvətləndirən və müasirləşdirən! Odur dünyada Azərbaycanın gerçək nüfuzunu durmadan artıran! Odur xalqının tarixinə əbədi qurucu kimi daxil olan! Odur millətin yaddaşına XILASKAR kimi daimi həkk olunan!

...Biz bu tarixi günlərimizdə Türkiyə-Azərbaycan dostluğu ilə fəxr etdik. Biz qürurla Mustafa Kamal Paşa Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın ələmi bizim ələmimizdir" və unudulmaz Heydər Əliyevin "Azərbaycan və Türkiyə - bir millət, iki dövlət" kəlamlarını xatırlayırıq. Bizləri bir millət olaraq birləşdirən o qədər cəhətlər var ki və türk dünyasının bu iki aparıcı dövlətinin mənafelərinin kəsişmə nöqtələri o qədər çoxdur ki, bu münasibətlər bütün dövrlərdə həmişə qardaşlıq, müttəfiqlik, qarşılıqlı yardım və dəstək üzərində qurulub, belə də qalacaq. Lakin Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın, Azərbaycana İlham Əliyevin başçılıq etdiyi illər və bu iki güclü liderin qarşılıqlı səmimi münasibətləri sayəsində daha da istiləşən və yaxınlaşan dostluq və əməkdaşlıq tariximizin ən fəxr etməli parçasıdır.

Belə bir şərəfli əməkdaşlıq şəraitində Prezidentimiz tarixi ədalətsizliyi aradan qaldırdı. Dünyanın tanıdığı sərhədlərimizdə öz bayrağımız dalğalandı.Dünya bizim ədalətimizlə hesablaşdı. Əhalisi də, ərazisi də, büdcəsi də, hərbi gücü də, inamı da, güvəni də bizdən on dəfələrlə az olan bir

topluma daha onca havadarlıq edə bilməyəcəklər. Müharibənin bütün sahələrində artıq qalibiyyət bizim olmuşdur.

Biz itgilərimizi bərpa edəcəyik. Postkonflikt ərazilərimizin bərpası üzrə çox ciddi işlər görülür. Bərpa üzrə böyük investisiya layihələri cəlb olunacaq, Dövlət Proqramları qəbul olunacaqdır. Buna bizim bütün imkanlarımız vardır. Zəbt olunmuş ərazilərimizin gələcəyi rahat, geniş həyətlər, planlı salınmış məhəllələr, səliqə-sahmanlı, gözəl evlər, cazibədar kəndlər, böyük şəhərlər olacaqdır. Yeni qurulacaq Qarabağda Qarabağ Universiteti, AMEA-nın Qarabağ bölməsi, Şuşa konservatoriyası, onlarla muzeylər, mədəniyyət mərkəzləri, konsert salonları, zavodlar, fariklər, texnologiya parkları, xüsusi iqtisadi zonalar yaradılmaqdadır.

Qədim Azıx mağarası, Quruçay mədəniyyəti, tarixi və memarlıq abidləri ilə məşhur olan Füzuli rayonu beynəlxalq turizmin mərkəzinə çevriləcəkdir. Araz çayı boyunca İranla həmsərhəd olan Füzuli rayonu ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları ilə birgə kənd təsərrüfatı sahəsində ciddi uğurlara imza atacaqdır. Ərazisi 1. 39 min kv.km olan Füzuli rayonunda 2 şəhər (Füzuli, Horadiz), 11 yeni salınmış qəsəbə, 80-den çox kənd vardır. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Bu da məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı torpaq sahələrinin çox olması ilə izah edilir. İşğala qədər rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Rayonda 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı, 11 üzüm emalı müəssisəsi və s. vardı. Kənd təsərrüfatına yararlı torpaqlar 85 min hektar idi. 50,9 min ha otlaq sahələri var idi. Rayonda Köndələn çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdir. Suvarılan torpaqlar 24 min hektardan çox idi. İşğaldan əvvəl təsərrüfatlarda kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi.

Mədəniyyətin inkişafına görə, ölkənin digər bölgələrindən geri qalmayan Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 79 klub, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Təhsil və səhiyyədə də yaxşı göstəricilərə malik rayonda 685 çarpayılıq 13 xəstəxana, 17 həkim məntəqəsi, 30 tibb məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, texnikum, 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 65 məktəbəqədər müəssisə, stadion, və s. obyektləri olub. Eləcə də güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə respublikamızda ad-san qazanmışdır. Əməyə bağlılıq, halal zəhmət də füzulilərin həyat tərzi olmuşdur. Bu torpağın 500-ə yaxın elm adamı yetişmişdir.

23 avqust 1993-cü il tarixdə ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzuli rayonu 17 oktyabr 2020-ci ildə cənab prezidentin rəhbərliyi ilə yenidən azadlığına qovuşdu. Baxmayaraq ki, 05 yanvar 1994-cü ildə Azərbaycan Respublikası silahlı qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu və rayonun işğaldan azad olunmuş ərazilərində rayon əhalisinin 50%-ə qədəri yaşayırdı.

Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkindir. 6 nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı verilmişdir. Hazırda 1 şəhər, 61 kənd rayonun yenicə işğaldan azad olunmuş ərazilərində yerləşir. İşğaldan əvvəllər azad olunmuş ərazilərdə isə 1 şəhər,17 qəsəbə və 21 kənd vardır. Azərbaycan Respublikası Prezidentinin komandanlığı ilə 27.09.2020-ci il tarixdən başlayaraq aparılan döyüş əməliyyatları nəticəsində Füzuli şəhəri daxil olmaqla bütün yaşayış məntəqələri işğaldan azad edilmişdir. Rayon əhalisinin 50% -ə qədəri Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdə, Beyləqan, İmişli, Saatlı, Sabirabad və digər rayonlarda məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır.

Hazırda Füzuli rayon Təhsil Şöbəsinin tabeliyində 79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfər olub. Rayon ərazisində Füzuli rayon Mədəniyyət evi, Horadiz şəhər Mədəniyyət evi, 14 kənd mədəniyyət evi, 8 klub müəssisəsi fəaliyyət göstərir. Həmin mədəniyyət müəsisələri dövrə, zamana uyğun olaraq ədəbi-bədii gecələr, kompozisiyalar və konsert proqramları ilə həm əhalinin, həm də, təmas xəttində yerləşən hərbi hissələrdə maraqlı çıxışlar etmişdir.

Füzuli Mərkəzi Rayon Xəstəxanasının tabeliyində 15 xəstəxana, 28 həkim məntəqəsi və 48 tibb məntəqəsi olmaqla 9 xəstəxana 220 çarpayı olmaqla, 19 həkim məntəqəsi və 15 tibb məntəqəsi fəaliyyətdədir. Füzuli Mərkəzi Rayon Xəstəxanası hal-hazırda 75 həkim, 297 orta tibb işçisi, 617 digər işçilərlə əhatə olunmuşdur.

Füzuli rayon əhalisi Ölkə Başçısı cənab İlham Əliyevin Füzuliyə 18.04.2008-ci il, 04.10.2008-ci il, 11.11.2010-cu il, 15.12.2012-ci il, 28.08.2014-cü il, 12.11.2016-cı il səfərlərini heç vaxt yaddan çıxarmırlar. Hörmətli Prezident və Ali Baş Komandanın 2016-cı il səfərindəki "Azərxalça ASC Füzuli filialının fəaliyyəti ilə tanışlığı, Horadiz şəhərində inşa edilmiş Avtovağzalın açılışını, Horadiz şəhərində inşa edilmiş Füzuli Dövlət Rəsm Qalareyasının açılışını, məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbə ilə tanışlığı, məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbədəki orta məktəbdə yaradılan şəraitlə tanışlığı, məcburi köçkünlər üçün tikilmiş yeni orta məktəbin idman zalında məktəblilərlə görüşünü, Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun açılışını, məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbədə rayon ictimaiyyətinin nümayəndələri ilə xöş və unudulmaz görüşünü unutmurlar. Bu görüşlərin yeni dirçələn ərazilərdə təkrarən olacağı günü gözləyirlər. Onlar inanırlar ki, bizim yaralı torpaqlarımız sağalacaq, çiçək açacaqdır. Biz Prezidentimizin dediyi kimi "Tikəcəyik, quracayıq, dirçəldəcəyik!".

Füzuli uğrunda həlak olanların ruhu, xatirəsi bizimlədir. ONLAR HEÇ ZAMAN UNUDULMAYACAQLAR!

Var olsun Füzuli igidləri, Füzulilər, ! Var olsun FÜZULİ RAYONU!

...Bəli, QƏLƏBƏ BAYRAMI GÜNÜMÜZ BİZİM HAQQIMIZ İDİ! Xalqımıza qürurunu, özünəgüvənini, inamını qaytarmış, ümidsizliyi, sınıqlığı qovmuş, birliyimizi, yekdilliyimizi

bərqərar etmiş, bayrağımızı yüksəklərə qaldırmış və Prezident İlham Əliyevdən Azərbaycana əbədi yadigar qalan QƏLƏBƏ BAYRAMI GÜNÜMÜZ!

Bizi xoşbəxtlərin xoşbəxti edən QƏLƏBƏ BAYRAMI GÜNÜ bizim xalqın yaddaşından heç zaman silinməyən ən əziz, unudulmaz gündür!

İndi isə daha böyük qələbəyə YENİLƏNMİŞ FÜZULİYƏ, QARABAĞA doğru əzmlə, əməklə, zəhmətlə, addım-addım qətiyyətlə yaxınlaşırıq! Yolumuz ŞUŞAYADIR, XANKƏNDİNƏDİR, LAÇINA-KƏLBƏCƏRƏDİR! YOLUMUZ BÖLÜNMƏZ VƏTƏNƏDİR!

TƏŞƏKKÜRLƏR, CƏNAB ALI BAŞ KOMANDAN!

VAR OLSUN QARABAĞ! VAR OLSUN AZƏRBAYCAN! QARABAĞ AZƏRBAYCANDIR!

"QARABAĞ” İnkişaf və Tədqiqat Mərkəzi adından:

AMEA mexbir üzvü, professor Akif Musayev,

Dosent Əlövsət Qaraca Əliyev


1457 oxunub

InvestAZ