XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



DUYĞULARIN İFADƏSİ - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 09:23 / 18.10.2021

Dörd divar içində mən axşam, sabah
Nəyə baxıramsa səni andırır...
Məni özüm deyil, bilir ki, Allah -
Tapdanan hisslərin ahı yandırır!..
Heç vaxt düşünmədim hansısa yolla
Səni öz qarşımda borclu eləyim....
Yalnız istədim ki, adi "sağ ol"-la -
İnsanlıq payıma səvab bələyim!
Yalançı məsumluq, ya da "ağrımaq"...
Müqəddəs sevgiyə xəyanət olar!
Məqsədli şəkildə gülüb, ağlamaq -
Üç günlük, ... beş günlük səyahət olar...
Sənə gülünc gələn duyğularımı
Tapda olduğu tək, gör olduğu tək!
Amma varlığından duyduqlarımı-
Geri alammazsan, ha çarmıxa çək!
... Dörd divar içində mən axşam, sabah
Nəyə baxıramsa səni andırır...
Məni özüm deyil, bilir ki, Allah -
Tapdanan hisslərin ahı yandırır!..

2340 oxunub

InvestAZ