XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



Koronaya yoluxanların sayı açıqlandı
Sağlamlıq 18:30 / 16.10.2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1681 yeni yoluxma faktı qeydə alınıb, 675 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Yenisəs.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 500 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 477 639 nəfər müalicə olunaraq sağalıb, 6 746 nəfər vəfat edib. 15 926 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 168, bu günə qədər isə ümumilikdə 5 014 141 test icra olunub.


1894 oxunub

InvestAZ