XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



Ərdoğan Türkiyə ilə Azərbaycan arasında yeni qaz sazişini şərh edib
İqtisadiyyat 19:46 / 15.10.2021

Qaz tədarükü ilə bağlı Azərbaycanla əldə olunan sazişlərin hər biri ehtiyat məqsədi daşıyır.

Yenisəs.az  bildirir ki, Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış yeni qaz sazişini şərh edərkən deyib.

O bildirib ki, bu cür sazişlər enerji böhranının yaşanmaması üçün atılan addımlardır: "Biz öz ehtiyatımızı görürük. Azərbaycanla əldə olunan bütün razılaşmalar ehtiyat xarakteri daşıyır. Rusiya ilə, İranla, Azərbaycanla sazişlərimiz bu cür böhranları yaşamayacağımızın işarəsidir. Qərb ölkələrində bu baxımdan problemlər davam edir. Türkiyə üçün bu problemlər gündəmdə deyil".

Qeyd edək ki, Türkiyə və Azərbaycan 2024-cü ilin sonunadək 11 milyard kubmetr əlavə təbii qazın tədarükü ilə bağlı saziş imzalayıb.


2222 oxunub

InvestAZ