XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



OTUZ İLİN HƏSRƏTİ: - Əbülfət MƏDƏTOĞLU yazır
Ədəbiyyat 10:14 / 15.10.2021

(Kəndimi ziyarət etdiyim anın şeiri)

Gözlərimin dibində
Son işartı. son çınqı...
Əlim dərdin cibində -
Ürəyimdə, qor , yanqı
Otuz il gözlədim mən...
Dodaqlarımda qabar
Dilimdə düyün- yara..
Ruhumda sakin qübar
Çəkilmiş kimi dara -
Otuz il gözlədim mən...
Əllərimdə titrəyiş
Dizlərimdə döyənək...
Ayaqlarda büdrəyiş
Son dözümü geyərək -
Otuz il gözlədim mən...
Günəş fərqli doğan gün
Bir an fırlanmadı Yer!
Ordum düşməndən aldı
Cənnəti,sən də gəl, gör!
Mən otuz il gözlədim..


5682 oxunub

InvestAZ