XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



Qarabağdakı erməni separatçılar öz-özləri ilə vuruşur
KRİMİNAL 08:22 / 15.10.2021

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

Yenisəs.az bildirir  ki, bu  xəbəri  Azərbaycan Müdafiə Nazirliyi  verib.

Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var:

"Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur".

Qeyd edək ki, Ermənistan ombudsmanı Arman Tatoyan Xocavənd rayonu Yenikənd istiqamətində 6 erməni əsgərin yaralandığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu təsdiq edib.


1163 oxunub

InvestAZ