XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



Putindən varis açıqlaması
DÜNYA 15:29 / 14.10.2021

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə dövlət başçısı postuna namizəd olub-olmayacağına hələ qərar vermədiyini deyib.

Yenisəs.az  Teleqraf.com-a istinadla  xəbər verir ki, bu barədə o, ABŞ-ın CNBC telekanalına müsahibəsində danışıb.

"Konstitusiya bunu etməyə, növbəti müddətə namizəd olmağa icazə verir, amma bununla bağlı hələ qərar verilməyib”, - prezident bildirib.

Rusiya prezidentinin varisi haqda düşünüb-düşünmədiyi barədə sualı Putin belə cavablandırıb: "Bu cür suallara cavab verməməyi üstün tuturam, bu mənim ənənəvi cavabımdır. Növbəti seçkilərə hələ çox vaxt var. Bu mövzuda söhbətlər sabitliyi pozur”.

Vladimir Putinin fikrincə, vəziyyət sakit və sabit olmalıdır ki, bütün hökumət orqanları, bütün dövlət strukturları inamla işləsinlər, sakitcə gələcəyə baxsınlar.


2470 oxunub

InvestAZ