XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021
21 Oktyabr 2021



Moskvada Şeyxin Kirillə görüşü keçirilib
SİYASƏT 20:35 / 12.10.2021

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə azərbaycanlı rəssam Səttar Bəhlulzadənin "Dağlar və bağlar" rəsmini Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə hədiyyə edib.

 

Modern.az xəbər verir ki, görüş Danilovski Manastırında baş tutub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

 

Tədbir pandemiyaya görə mətbuat nümayəndələrinin iştirakı olmadan baş tutub.

 

Xatırladaq ki, sabah Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü planlaşıdırılır.

 

***

18:01

MoskvadaMoskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb.

 

Modern.az xəbər verir ki, görüş Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında keçirilir.

 

Koronavirus pandemiyasına görə QMİ sədri və Rusiya Patriarxının görüşü mətbuatın iştirakı olmadan keçirilir.

 

Qeyd edək ki, Allahşükür Paşazadənin oktyabrın 11-də Rusiya Federasiyasına səfəri başlayıb. Səfər çərçivəsində QMİ sədri sabah Patriarx Kirill və bütün ermənilərin katalikosu II Qareginin iştirakı ilə üçtərəfli görüşdə iştirak edəcək. Oktyabrın 14-də isə Şeyxülislam Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasiminə qatılacaq.


756 oxunub

InvestAZ