XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021
21 Oktyabr 2021



Bakıdakı yol qəzalarında bu il 93 piyada ölüb
KRİMİNAL 10:37 / 12.10.2021

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi bu il Bakı şəhərində yol-nəqliyyat hadisələrində ölən piyadaların sayını açıqlayıb.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bu ilin 9 ayı ərzində Bakı şəhəri ərazisində 354 yol qəzası baş verib. Baş verən yol qəzalarında 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ümumi yol qəzalarının 57,1 faizi məhz piyada vurma hallarıdır: "Paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır. Piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib”.


2647 oxunub

InvestAZ