XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021
21 Oktyabr 2021



Rus donanması raket sistemlərini bölgədə işə saldı
DÜNYA 10:02 / 12.10.2021

Rusiya Sakit Okean Donanmasının "Varyaq” raket kreyseri və sualtı "Admiral Tributs” gəmisi Yapon dənizində raket atışları həyata keçirib.

Yenisəs.az  Teleqraf.com -a  istinadla xəbər verir ki, bu barədə Rusiya Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada manevrlərin yay təlim dövrünün son yoxlanışları olduğu bildirilib.

Təlim zamanı "Varyaq” və "Admiral Tributs” gəmiləri "Fort”, "Kinjal” və "Osa”' raket kompleksləri ilə sürətli hava hədəflərinə atəş açıb.

Gəmilər hədəf raketlərini uğurla zərərsizləşdirib.

Təlimə Sakit Okean Donanmasının 12 hərbi gəmisi qatılıb. Sözügedən gəmilər raketlərin atıldığı bölgənin təhlükəsizliyini təmin etmək vəzifəsini yerinə yetirir.

Təlim çərçivəsində ümumilikdə 10 raket atılıb


3549 oxunub

InvestAZ