XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021
21 Oktyabr 2021



Siyasi partiya rəhbərləri Şuşada
Gündəm 13:50 / 11.10.2021

Son vaxtlar Prezident Administrasiyasının Siyasi partiyalar və qanunveric orqanlarla iş şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən siyasi partiyalarla mütamadi əlqalər yaratması, onların siyasi durumla bağlı irad və təkliflərini dinləyərək gələcək münasibətlərin qurulması üçün çox işlər görülür.
 

Bu günlərdə siyasi partiya rəhbərlərinin, həmçinin tanınmış politoloq və siyasi şərhçilərin Şuşa şəhərinə təşkil olunan səfəri də bu qəbildəndir. Prezident Administrasiyasının siyasi partiyalar və qanunverici orqanlarla iş şöbəsinin rəhbərliyi ilə Mədəniyyət Mərkəzi Şuşaya  təşkil olunan səfər, səfər iştirakçəlarında geniş təssüratlar yaradıb.

Səfərdən sonra ölkə mətbuatı və sosial şəbəkələr vasitəsi  ilə fikitlərini bölüşən partiya rəhbərləri, bu səfərdən məmun qaldıqlarını bildiriblər.

"Ədalət" partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü qeyd edib ki, " "Şuşadayıq, düşməni sınmağa və təslim olmağa məcbur etdiyimiz, səsi sorağı artıq bütün dünyaya yayılmış o əzəmətli Qalada... Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici orqanlarla iş şöbəsinin təşkilatçılığıyla Şuşaya səfərimiz zamanı bir daha əmin oldum ki, Silahlı Qüvvələrimizin milli şərəf və qeyrət hissiylə, böyük vəsarətlə və Şəhidlərimizin qanıyla əldə etdiyimiz misilsiz qələbəmizi qoruyub saxlamaq vəzifəsi bundan sonra daha çox həm də bizim - iqtidarlı- müxalifətli betün siyasi təşkilatların üzərinə düşür".

 Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev sosial şəbəkədə yazır: "Şuşa bizi başı dumanlı, çənli, tərtəmiz havası, özünəməxsus yapısı və qüruru ilə qarşıladı. Şuşanın ərazisi böyük deyil, amma mahiyyəti, onəmi, cazibəsi çox böyükdür. Həm də strateji baxımdan çox əhəmiyyətli simvoldur. Uğrunda ölmək, düşmənləri öldürmək də şərəf işidir. Allah millətimizə güç versin".

 Ağ Partiyanın başqanı Tural Abbaslı da səfər təssüratlarını sosial şəbəkədə paylaşıb: "Uğrunda nə canların fəda edildiyi, torpağına müqəddəs şəhidlərimizin qanı qarışmış, başı dumanlı Şuşamızı ziyarət etdik. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə, veteranlarımıza və Şanlı Ordumuza can sağlığı nəsib etsin. Dumanlı Şuşa yüksəkliyindən Bakıda kiçik "siyasi oyunlar" çox mənasız görünürdü.

  "Real" partiyasının sədri İlqar Məmmədov, Şuşaya daxil olarkən çox sevinib: "Şuşanın azad olunmasından cəmi bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, burada nəzərə çarpacaq dərəcədə işlər görülür. Bular bizə əlavə sevinc bəxş edir..."

  " Təssüratım İlk növbədə, Şuşada ola bilməkdən və Şuşanı ziyarət etməkdən, torpaqlarımızı azad edən əsgərlərimizə, şəhidlərimizə minnətdarlıq hissindən ibarətdir"- deyə bildirən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, daha sonra bildirib ki, " Şuşa o qədər də ermənilərin işğal etdiyi digər yaşayış məntəqələrindən fərqlənmir. Bu 30 ildə Şuşada abadlıq-quruculuq işləri aparılmayıb. Şuşa necə deyərlər, elə dağıla-dağla gedirmiş Şuşa özü də azad olunmağa həsrət imiş ki, o yenidən qızsın, nəfəs alsın. Demək olar ki, Şuşa indi yaşamağa başlayır".

 "Ümid" partiyasının sədri İqbal Ağazadə Şuşaya Azərbaycanın başqa şəhərlərindən, hətta işğaldan azad olunmuş doğma Füzuli şəhərindən bir az fərqli baxdığını bildirib: "Şuşa Azərbaycanın simvoludur... Dumana görə Şuşanın gözəlliyini  ilk dəfə orada olanlar təssüf ki, görə bilmədi. Amma Şuşanın gözəlliyi tamam fərqli bir şeydir. Şuşa artıq Azərbaycanın nəzarətindədir".
 

İnanırıq ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici orqanlarla iş şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə, ölkədə fəaliyyət göstətən siyasi partiyaların bir araya gəlməsi bundan sonra da mütamadi olaraq davam edəcək. Şuşa səfərində 43 siyasi partiyanın 55 mümayəndəsi ilə yanaşı tanınmış politoloqlar və siyasi şərhçilərdə iştirak ediblər.


854 oxunub

InvestAZ