XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021
21 Oktyabr 2021



Aqil Abbas: "Mədəniyyət Nazirliyinin başı ayrı işlərə qarışıb"
Gündəm 11:55 / 11.10.2021

"Mədəniyyət Nazirliyinin başı ayrı işlərə qarışıb. Möhtərəm Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Ancaq Şuşanın Mədəniyyət Mərkəzi yoxdur”.

Yenisəs. az xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Sumqayıtdan nə bir muğam oxuyan, nə də tarzən çıxıb: "Şuşa Mədəniyyət Mərkəzi Sumqayıtdan ayrılmalıdır. Bu nə deməkdir? Yeni mədəniyyət naziri var. Baxsın, görüsün. Bu gün Şuşa yenidən tikilir. Camaat da yenidən evlərinə qayıdacaq. Belə çıxır ki, onlar yenidən Sumqayıta qayıdacaqlar? Mədəniyyət Nazirliyi Şuşa Mədəniyyət Mərkəzinin fəaliyyətini bərpa etsin”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, Şuşa işğaldan azad edilib və bütün qurumlar da yerinə qaytarılacaq.

Deputat Elman Məmmədov da təklif edib ki, Qarabağ Regional Mədəniyyət Mərkəzi yaradılsın: "Həmin mərkəz isə Şuşada yerləşdirilsin".


455 oxunub

InvestAZ