XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



Məzuniyyətdəki erməni hərbçilər Qarabağa qayıda bilmir
HÜQUQ 18:13 / 03.10.2021
Qarabağdan Ermənistana – evlərinə məzuniyyətə gedən hərbçilər geri qayıda bilmir.

Yenisəs.az  Publika.az-a istinadla 
 xəbər verir ki, dünən Ermənistan İstintaq Komitəsi məzuniyyətə getdikdən sonra Qarabağa qayıtmaq istəməyən iki hərbçi haqqında cinayət işi açıb.

"Hraparak” qəzeti yazır ki, iki erməni getmək istəməsə də, məzuniyyəti bitəndən sonra Qarabağa qayıtmaq istəyən hərbçilər də Laçın dəhlizindən buraxılmır.

"Müharibədən sonra Ermənistana məzuniyyətə gələn hərbçilər – sıravi əsgərlər, müddətdən artıq qulluqçular, zabitlər – geri qayıda bilmirlər. Və bu, rəsmi təsdiqlənməsə də, çoxsaylı məlumatlar var. Bir neçə gün öncə əsgərlərdən birinin atası oğlunun məzuniyyətdən sonra Qarabağa qayıtmaq istəyərkən Laçın dəhlizindən geri qaytarıldığını açıqlayıb. Əsgər hərbi biletini rus sülhməramlılarına göstərib, ona hərbçi olduğu üçün icazə verilməyib, yalnız mülki şəxslərin keçə biləcəyi deyilib. Əsgər Ermənistanda hərbi hissələrin birinə göndərilib. Bu, Azərbaycanın tələbi ilə qoşunların tədricən Qarabağdan çəkildiyinə dair daha bir sübutdur: tezliklə Qarabağda erməni əsgər qalmayacaq” – nəşr yazır.
1318 oxunub

InvestAZ