XƏBƏR LENTİ
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



DSX-nin hərbi qulluqçusu minaya düşdü
Sağlamlıq 19:58 / 30.09.2021

Sentyabrın 30-da saat 15:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elgün Elxan oğlu Nəzərxanlı Zəngilan rayonu ərazisində xidmət apardığı sərhəd döyüş məntəqəsinə hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Yenisəs.az   xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, ilkin tibbi yardım göstərildikdən sonra hərbi qulluqçu helikopterlə Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala təxliyə edilib, həkimlərin tam nəzarəti altındadır.


2279 oxunub

InvestAZ