XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021
21 Oktyabr 2021



Gürcüstanda Qara dənizdə süni adalar yaradır
DÜNYA 09:00 / 29.09.2021

Gürcüstanda Qara dənizdə süni adalar yaradılacaq. Süni adalar Batumi şəhərinin yaxınlığında yerləşəcək.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava məlumat verib.

"Süni adaların və yarımadaların yaradılmasını nəzərdə tutan belə geniş miqyaslı, iddialı, və maraqlı bir layihə ilə əlaqədar Acarıstan, Batumi rəhbərliyini, həmçinin investoru təbrik etmək istəyirəm”, - deyə Natia Turnava vurğulayıb.

Gürcüstanlı nazir qeyd edib ki, "Ambasadori aylend” adlanacaq süni adalar özəl sərmayə hesabına yaradılacaq.

Onların yaradılması üçün 100 milyon dollar vəsair tələb olunacaq. Adalarda bir neçə otelin inşası planlaşdırılır.

"Sputnik” Gürcüstan


16223 oxunub

InvestAZ