XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021



Ümid edirik ki, gələn il Azərbaycanda... - Bayraqdar
SİYASƏT 08:56 / 26.09.2021

Türkiyənin Duz gölündə raket yarışması keçiririksə, deməli, fərqli ölkələrdə belə texnoloji yarışlar təşkil edə bilərik. Dost və müttəfiq ölkələrlə danışıqlar aparırıq. Ümid edirik ki, gələn il Azərbaycanla bu addımı atacağıq.

Yenisəs.az  Axar.az-a istinadla  xəbər verir ki, bu sözləri "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar "TRT Haber"ə açıqlamasında deyib.

"Teknofest" motivli festivallarla Türkiyəni, xüsusilə İstanbulu texnoloji yeniliklərin önəmli mərkəzi halına gətirə bilərik. Gələn ildən Azərbaycandan başlayaraq, bu təşəbbüsləri artıracağıq.

Bizim dövrümüzdə belə bir fikir var idi ki, bunu ancaq Avropa edə bilər, Qərb edə bilər. Hazırda elə deyil. Bunu edə biləcəyimizə və uğur qazanacağımıza inam formalaşıb. "Teknofest" bu mənada innovativ bir inqilabdır", - deyə Bayraqdar bildirib.


1160 oxunub

InvestAZ