XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021



Əbülfət MƏDƏTOĞLU : - YAMAN DARIXIRAM...
Ədəbiyyat 08:24 / 26.09.2021
Nə vaxtdı durmusan gözümdən iraq,
Başım dumanlıdı, fikrim dağınıq...
Arada at çapır – dincəlmir sazaq –
Qəlblə bir nöqtəyə susub baxırıq,
Yaman darıxıram sənsiz, əzizim!


Yuxum tikan üstə, ruhum divanə,
Solumda, sağımda fərqli bir həyat.
Bütün sözlərimin baxıb cəminə,
Sən cavab əvəzi bir kəlmə «hə» at -
Yaman darıxıram sənsiz, əzizim!


Hər şey də, hər kəs də könlümə dəyir,
Bezirəm, küsürəm özüm-özümdən...
Üstümə qaranlıq kölgəsin əyir –
Gözünü sən göndər asım gözümdən,
Yaman darıxıram sənsiz, əzizim!


Dünyanı dolaşmaq- xəyalda bir an
Dörd tərəf ovcumun içindən baxır...
Bizim aramızda susaraq duran -
Mənim yanağıma içimdən axır...
Yaman ddarıxıram, sənsiz, əzizim...

İsmarıc, ya bir zəng, ya elə qəfil
Adından üstümə düşən bir gilə...
Məni səfil edib, bu həsrət səfil -
Bunu demirmkii. mən elə, belə
Yaman darıxıram, sənsiz, əzizim!


Tanrı qucaq açmır, yer də ki, yaxa
Yoruldum ahları körpü etməkdən...
Dörd divar içində, göz baxa-baxa -
Tək qeybət edirəm glib- getməkdən...
Yaman darıxıram,Sənsiz, əzizim!..


...Səsin bir şam kimi yandı içimdə,
Büzüşmüş varlığım dirildi sanki...
Qayıtdı özümə itən gücüm də –
Bir də təzələndi ruhum inan ki –
Yaman darıxıram sənsiz, əzizim!



1373 oxunub

InvestAZ