XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021



Ərdoğan sərt danışdı: “Buş, Obama və Trampla yaxşı işlədim, Baydenlə isə...”
DÜNYA 20:49 / 24.09.2021

"Bundan əvvəl heç bir ABŞ lideri ilə belə bir durumla üzləşməmişəm”.

Yenisəs.az  Teleqraf.com-a  istinadla   xəbər verir ki, amerikalı həmkarı Co Baydenlə bağlı jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib.

"ABŞ-la münasibətlərə dair indiyədək verilən hər bir suala cavab olaraq "Baydenlə apardığım bütün danışıqlarda nəticə istədiyimiz deyil” demişəm. İndi də eyni şeyi düşünürəm və deyirəm. Halbuki iki NATO ölkəsi olaraq, biz fərqli vəziyyətdə olmalı idik. Əgər gözlədiyimiz nöqtədə dayanmamışıqsa, bunu demək lazımdır. Bu günə qədər heç bir ABŞ lideri ilə belə bir durumla üzləşməmişəm. Təəssüf ki, belə bir vəziyyətdəyik. Amerika hazırda terror təşkilatlarına gözləniləndən çox dəstək verir”, - Türkiyə prezidenti söyləyib.

Ərdoğan əlavə edib:

"İstəyim budur ki, biz iki NATO ölkəsi olaraq bir-birimizlə düşmənçilik etməyək, dost olaq. Həm baş nazir, həm də prezident kimi 19 illik idarəetmə həyatımda ilk dəfədir ki, Amerika ilə münasibətlərimiz yaxşı nöqtədə deyil. Mən oğul Buşla, cənab Obama ilə yaxşı işlədim, cənab Trampla da yaxşı işlədim, amma cənab Baydenlə yaxşı başladığımızı deyə bilmərəm”.


979 oxunub

InvestAZ