XƏBƏR LENTİ
16 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



Ərdoğan: İğdırdan Azərbaycana yol çəkiləcək
SİYASƏT 09:15 / 24.09.2021

Əgər cənab Vladimir Putin dövlət xadimi keyfiyyətlərini tam mənasında ortaya qoymasaydı, Azərbaycandan Türkiyəyə yol çəkilməzdi.

Yenisəs.az  Axar.az-a istinadla  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da türkiyəli jurnalistlərə müsahibəsində deyib.

"Putin dövlət xadimi kimi tam mənasında və qərarlı şəkildə keyfiyyətlərini nümayiş etdirdiyinə görə, müsbət şəkildə öz ərazimizə çıxmaq şansı əldə etdik. Hazırda Azərbaycanda gərgin fəaliyyətimiz davam edir. Məsələn, cənab Prezident İlham Əliyev istədiyi vaxt, istədiyi formada Putinlə danışır, görüşür. Çox qısa zamanda əlaqələrimizi qurub müzakirələrimizi apara bilirik", - Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, İğdırdan Azərbaycana yol çəkiləcək:

"Bura dəmir yol xətləri də daxildir. Bu yolun çəkilməsi çox önəmli bir addım olacaq".


1047 oxunub

InvestAZ