XƏBƏR LENTİ
22 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021



VAXTDAN GILEY - Əbülfət MƏDƏTOĞLU yazır
Ədəbiyyat 09:00 / 24.09.2021

Bu günlər vaxt ağır ayaq
Tərpənir lap ördək sayaq...
Ürəyimə ümid dayaq -
Qırılıb düşməyə qoymur!..
Fikrim qalıb bu ləng anda
Duyulmur heç bu cəng anda...
Gəlməsə də bu zəng anda -
Gözüm gözləməkdən doymur!
Günüm çıxır sanki daşdan,
Olan ağlım uçur başdan...
Sevgidəndi, ya da yaşdan-
Ruhum da ruhundan soymur!
Nallayıb səfər atını
Seçdim yolumun adını...
Həsrətin ayaq altını-
Heç kim mənim kimi oymur!


1511 oxunub

InvestAZ