XƏBƏR LENTİ
16 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Ərdoğanla görüşdü
SİYASƏT 20:33 / 23.09.2021

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri BMT Baş Assambleyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və sabiq Baş nazir Binəli Yıldırım ilə görüşüblər.

Yenisəs.az -a bildirilib ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev, Bosniya və Herzeqovinanın sabiq Prezidenti cənab Mladen İvaniç, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov, Baş Katib müavini İlahə İbrahimli və Toğrul Əkbərli iştirak ediblər.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Mərkəzin təşkil etdiyi XXI ali səviyyəli toplantı, VIII Global Bakı Forumu və Mərkəzin sülh, təhlükəsizliklə bağlı müxtəlif layihələri haqqında fikir mübadiləsi aparılıb.


685 oxunub

InvestAZ