XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021



Malik Mahmudov Beyləqan rayon, Qeydiyyat İdarəsinin rəisi: - Zəfərə aparan “Dəmir yumruq”
Gündəm 12:29 / 23.09.2021


27 sentyabar xalqımızın yaddaşına qanla yazılmış şərəfli bir günün tarixidir. 200 il əvvəl elə bugünkü himayədarı Rusiyanın məkirli planlarına uyğun olaraq Azərbaycan torpaqlarında yaradılan Ermənistan adlı oyuncaq dövlət zaman-zaman müxtəlif yolla həm tarixən orda yaşayan soydaşlarımızı sıxışdırrıb çıxarmış, həm də hissə-hissə Azərbaycan əraziləri hesabına öz sərhədlərini genişləndirmişdir. "Dənizdən-dənizə Böyük Ermənistan” xülyası ilə zəhərlənmiş bu hay tayfaları 1988-ci ildən başlayaraq Qarabağda işğalçılıq siyasəti yürütmüş, nəticədə o dövrdə nizami ordusu, silah-sursatı olmayan, üstəlik ölkədəki xaosdan əziyyət çəkən Azərbaycanın 20 faiz torpağını işğal etmişdir. 30 il sürən danışıqlar, BMT-nin işğal altındakı ərazilərdən Ermənistan ordusunun qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinin icrası nəticəsiz qalmışdır. Əksinə, Ermənistanın hərbi və siyasi rəhbərliyi "sülhə məcburetmə üçün yeni ərazilər” kimi sərsəm bəyanatlar səsləndirir, bu ölkənin baş naziri N. Paşinyansa  "torpağını azad etmək istəyən xalq yalvarmaz, onu döyüşüb alar” deməklə millətimizi ələ salırdı. Halbuki düşmənin nəticə çıxarması üçün ortada 2016-cı ilin aprel, 2020-ci ilin iyulunda yaşanmış Tovuz hadisələri kimi xəbərdaredici hərbi əməliyyatlar var idi.
Amma özündənrazı düşmən bunlardan gərəkən nəticə çıxarmaq əvəzinə 2020-ci ilin sentyabrın 26-dan 27-ə keçən gecə cəbhənin Tərtər istiqamətində hücuma cəhd göstərərək ordumuzun mövqelərin, o cümlədən cəbhəyanı yaşayış məntəqələrin ağır artileriya atəşinə tutmuşdu. Vaxtilə Rusiyanın da iştirakı ilə savaşda asan qələbə qazanan Ermənistan hərbi rəhbərliyi bir şeyi yaddan çıxarmışdı ki, Azərbaycan 1988-94-cü ilin Azərbaycanı deyil, həm də hər mənada- iqtisadi, siyasi və ordu quruculuğu baxımından. Təməli Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş nizami ordu formalaşdırmaq konsepsiyası onun davamçısı Ali Baş Komandan, Pezident İlham Əliyev tərəfindən uğurla başa çatdırılmışdı. Qardaş ölkələrin döyüş təlimlərini mənimsəmiş Azərbaycanın qisasa köklənmiş cəsur ordusu dünyanın ən müasir silahlarıyla tam təhciz edilmişdir. 
30 il davam edən danışıqların mənasızlığını çoxdan yəqin etmiş Azərbaycan prezidenti artıq düşmənə layiqli cavab verməyin vaxtı çatdığını nəzərə alaraq 27 sentyabr səhər saat 6-da bütün cəbhə boyu əks-hücum əmri verdi. Rəmzi olaraq ( əslindəsə həqiqətən) "Dəmir yumruq” adlanan 44 günlük Vətən müharibəsi belə başladı və 30 ilin erməni işğalına cəmi 44 gündə son qoyuldu. Ali Baş Komandanın sərgilədiyi iradə qətiyyət, o cümlədən diplomatik cəbhədəki uğurlu gedişləri sayəsində rəşadətli Ordumuz sürətlə irəliləyərək 30 il düşmən tapdağında inləyən, dağıdlıb xarabalığa çevrilmiş amma elə bu halı ilə bizim üçün müqəddəs olan kənd şəhərlərimizi erməni vandallarından təmizlədi. Təhlil aparsaq aydın olar ki, ordumuz hər saatda bir kənd, qəsəbə azad edib. Azərbaycanın məbədi sayılan Şuşanın alınması isə özünün unikallığı ilə dünya hərb tarixinə əbədi möhrünü vurdu. Düşmənin gözləmədiyi sərt, sıldırım qayaya dırmaşan yüngül silahlarla silahlanmış aslanlarımız faktiki əlbəyaxa döyüşə girərək erməni hərbiçilərini geri çəkilməyə, daha sonra qaçmağa məcbur etdi. 
Ümumiyyətlə Ali Baş Komandanın rəhbərliyi altında işlənib hazırlanmış hərbi-taktiki əməliyyat planı, vaxt seçimi onun nə qədər mükəmməl olduğunu müharibənin gedişi bir daha təsdiqləmiş oldu. Təsadüfi deyil ki, dünyanın öndə gedən bir çox dövlətləri bu gündə Azərbaycanın apardığı müharibəni təhlil etmək, öyrənməklə məşğuldur. Beləki Azərbaycan Ordusunun müharibədə seçdiyi hərbi taktikanı təhlil edən ABŞ-ın Milli Müharibə Kolleci, o cümlədən Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitikləri belə qənaətə gəliblər ki, Azərbaycanın qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da məğlubiyyəti qaçılmaz olacaqdı. İndinin özündə də ABŞ rəsmiləri, Pentaqon, Almaniya, İngiltə bizim Ordumuzun reallaşdırdığı möcüzəvi hərbi əməliyyatları incələyirlər.
 Qələnəmizi şərtləndirən əsas amillərdən biri də xalq-ordu həmrəyli, torpsqlarımızın yağı düşməndən  təmizləmək amacıya alışıb-yanan gənclərdəki vətənpərvərlik hissi. Əlbəttə müharibə itkisiz olmur-3000 şəhid verdik, minlərlə qazimiz var. Bu şəhid və qazilərin arasında ədliyyə orqanlarının çoxsaylı əməkdaşları da var.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm!
Bu gün anım günüdür, bizi şanlı qələbəyə aparan günün başlanğıcı. 
Yaşasın Azərbaycan Ordusu və onun Ali Baş Komandanı!
 

1799 oxunub

InvestAZ