XƏBƏR LENTİ
16 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



Paşinyan sərsəmləyib içindəkin dedi
SİYASƏT 09:29 / 22.09.2021

Ermənistanın müstəqilliyinin 30-cu ildönümü ilə bağlı İrəvanın Respublika meydanında tədbir başlayıb.

Yenisəs.az  Axar.az-a  istinadla   xəbər verir ki, tədbirdə çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan yeni də ənənəvi erməni işğalçı siyasətindən imtina etmədiyini nümayiş etdirib.

O deyib ki, ermənilər bu illərdə uğur və uğursuzluq, göz yaşları və sevinc, ümid və ümidsizlik, müharibə, qələbə və məğlubiyyət görüb:

"İndi sual budur ki, necə yaşamalıyıq və ölənlərin atasının, anasının, övladlarının gözünə necə baxmalıyıq; nə etməliyik ki, onların ölümü mənasız olmasın. Bizim başlıca vəzifəmiz gələcək üçün düzgün orientasiyanı müəyyən etməkdir”.

Paşinyanın sözlərinə görə, tarix bəzən qələbənin heç də həmişə qələbə, məğlubiyyətin isə heç də həmişə məğlubiyyət olmadığını sübut edib:

"Biz öz məğlubiyyətimizi qələbəyə çevirməliyik. Qəhrəmanlar Ermənistan və "artsax” üçün öldülər. Hələlik iki erməni "dövləti” varsa, ölən qəhrəmanlar sağdırlar. İki "respublika” çiçəklənirsə, onların ölümü mənasız deyil”.


943 oxunub

InvestAZ