XƏBƏR LENTİ
16 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



Ərdoğanın Rusiyaya səfərinin vaxtı AÇIQLANDI
SİYASƏT 20:47 / 21.09.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlanıb.

Yenisəs.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidentinin işlər idarəsindən bildiriblər ki, səfərin sentyabrın 29-da həyata keçirilməsi gözlənilir.

Qeyd olunur ki, R.T.Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü Soçi şəhərində keçiriləcək. Səfər bir gün davam edəcək.

Ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov R.T.Ərdoğanla V.Putin arasında görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlərin müzakirə olunacağını bildirmişdi.


828 oxunub

InvestAZ