XƏBƏR LENTİ
16 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



Zaxarovadan Türkiyənin Krım açıqlamasına - Reaksiya
SİYASƏT 16:44 / 21.09.2021

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə XİN-in Ukraynanın federasiyaya "ilhaq” edilmiş Krım bölgəsində keçirilən parlament seçkilərini tanınmaması ilə bağlı açıqlamasına münasibət bildirib.

Yenisəs.az  xəbər verir ki, Zaxarova Rusiyanın bu kimi açıqlamalardan nəticə çıxardığını deyib.

"Rusiya bundan müvafiq nəticələr çıxarır. Türkiyə Krımın Rusiya Federasiyasının suveren hissəsi olduğunu çox yaxşı bilir”, - Zaxarova qeyd edib.

Türkiyə Xarici İşlər Nazirliyi bundan əvvəl Krımda Rusiya Dövlət Dumasına keçirilən seçkilərin qanuni olmadığını bildirib. XİN Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və Krımın Rusiyaya ilhaqını qanunsuz hesab etdiyini vurğulayıb.



860 oxunub

InvestAZ