XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021
21 Oktyabr 2021



Qırıcılarımız Bosfor üzərində uçacaq
SİYASƏT 11:04 / 20.09.2021

Sabah Bakı vaxtı ilə saat 12:00-12:30-da Bosfor boğazı üzərində Azərbaycan və Türkiyə qırıcıları uçuşlar keçirəcək.

Yenisəs.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, sentyabrın 21-də İstanbulda "Texnofest-2021" festivalı çərçivəsində Azərbaycan və Türkiyə hərbi təyyarələri nümunəvi uçuşlar həyata keçirəcək.

Uçuşlarda Türkiyənin "Türk ulduzları" və "Solotürk" F-16 qrupları ilə yanaşı, Azərbaycan Hərbi Hava Qüvvələrinin iki MiQ-29 qırıcıları iştirak edəcək.


973 oxunub

InvestAZ