XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021



Arzuladığı kitab rəfini məzarı üstündə düzəltdilər
Maraqli 07:36 / 19.09.2021

Şirvanda   7 il əvvəl leykoz xəstəliyindən dünyasını dəyişən Nərmin Həsənlinin  hələ uşaqlıqdan kitablara böyük sevgisi olub. Onun bu sevgisini və xatirəsini əbədiləşdirmək üçün valideynləri fərqli bir şəkildə onun məzarı üzərində  kiçik kitab rəfi quraşdırıblar. Və hər gün Nərmini ziyarətə gələnlər bu kitablardan yararlana bilirlər.

Soyuq məzar daşından baxan gülər simalı bu qızın arzuları idi Kitablar. Kitabları həyatının mənası hesab edən Nərmin Həsənlinin məzarı üstündə öz kitabxanası var! 2014-cü ildə leykoz xəstəliyi onu bu dünyaya gözlərini yummağa məcbur edəndə 22 yaşında idi və Bakı Dövlət Universitetinin    kitabxanaçılıq fakultəsinin sonuncu kursunda    təhsil alırdı. Onun bu sevgisi və valideynlərinin qızlarının həyat hekayəsini davam etdirmək arzusu Nərminin adını daşıyan kitab evinin və bu məzarlıqdakı balaca kitab rəfinin yaranması ilə nəticələnib. 7 il ərzində bu rəfə 3 mindən çox kitab qoyulub.

Valideynləri deyir ki, ömrümüz yetdiyi qədər məzarlıqdakı bu kiçik kitabxananı kitabsız qoymayacağıq.


1403 oxunub

InvestAZ