XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021



"Keçən il bu vaxt yuxumuza da girməzdi ki, bir ildən sonra Şuşada..." - Polad Bülbüloğlu
MƏDƏNİYYƏT 18:35 / 18.09.2021

Keçən il bu vaxt yuxumuza da girməzdi ki, bir ildən sonra Şuşada Bülbülün ev-muzeyini bərpa edəcəyik, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyulacaq, Şuşada yüksək səviyyəli tədbirlər keçiriləcək. Mən çox şadam ki, musiqiçi dostlarım, bəstəkarlar, musiqişünaslar bu gün Şuşaya gəliblər. Bu, böyük bayramdır.

Yenisəs.az -ın məlumatına görə, bu sözləri sentyabrın 18-də jurnalistlərə açıqlamasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Şuşaya gələn Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu söyləyib.

Şuşaya səfər zamanı Bülbülün ev-muzeyinə də baş çəkən P.Bülbüloğlu deyib: "Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı. Evin iki divarı da çökmüşdü. Tale elə gətirdi ki, mən bura 2007-ci və 2019-cu illərdə gəlmişdim. 2007-ci ildə Şuşaya Fərhad Bədəlbəyli də gəlmişdi. Təbii ki, 2007-ci ildə tamam ayrı hisslər keçirirdik. Öz ata evini dağılmış halda görmək çox çətin bir sınaq idi... Allaha şükür ki, bu günü də gördük. Hörmətli Prezidentimizə dərin təşəkkürümüzü bildiririk”.


1726 oxunub

InvestAZ