XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



Avtoxuliqan polisi maşınla vurub
KRİMİNAL 15:30 / 17.09.2021

Tovuzda avtoxuliqanlıq edən şəxs polisi maşınla vurub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən   Yenisəs. az-a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015” markalı avtomobillə avtoxuliqanlıq edib və onu intizama dəvət edən həmin ərazidə xidmət aparan RPŞ-nin əməkdaşı polis baş serjantı İ.Qafarlını vurub. İ.Qafarlıya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyev saxlanılıb, onun sərxoş vəziyyətdə olması müəyyən edilib və rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511-ci və 535-ci maddələri ilə 1 ay müddətində inzibati qaydada həbs edilməklə 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.


1403 oxunub

InvestAZ