XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



Yaponiyda vulkan püskürdü
DÜNYA 09:18 / 17.09.2021

Yenisəs.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Kraterdən 1 kilometr radiusda vulkanik süxurlar qeydə alınıb. Seysmoloqlar adada püskürmənin davam edəcəyini proqnozlaşdırırlar. Bununla əlaqədar həmin rayonda beş ballıq sistem üzrə üçüncü dərəcəli təhlükə xəbərdarlığı elan edilib. Bu o deməkdir ki, vulkana 2 km-dən az məsafədə yaxınlaşmaq olmaz.

Adada dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilməyib. Hazırda təxminən 80 nəfərin yaşadığı kənd vulkandan 4 km aralıda yerləşir.

Suvanose, böyük Kaqoşima şəhərindən 230 km cənub-qərbdə yerləşən kiçik adadır. Sonuncu dəfə burada vulkan 2021-ci ilin iyun ayında püskürüb.


1439 oxunub

InvestAZ