XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021
21 Oktyabr 2021



AHDAN DOĞULAN ŞEİR - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 12:55 / 16.09.2021

Sən şəhərdə olmayanda
Şəhər təklənir...
Bütün olanlarla birgə -
Şəhər ləklənir!...
Küçə də yarımçıq olur,
Lap küçədəki bina da!
Ürək bulud kimi dolur -
Yer də qalmır ki, inada!
Gəzməyə də çıxmır ayaq
Bir doğma yerdə çökürsən..
Xatirələr kövrək dayaq -
Onu üstünə tökürsən...
Kimsədən yersiz küsmək yox
Günahkar taleh yazandı...
Can verdiyini candan çox -
İtirmək belə asandı?!
Bir sapa min arzu düzüb
Min xəyalı bir eləmək...
Əlini o BİRdən üzüb -
Olmur, başı girələmək...
Şəhər də bezib , bezdirir
Kimsən, de , ya da kiminsən?!
Məni həsrətim gəzdirir -
Deyir, piyada kimisən...
...Mən şəhərdə olmayanda -
Olmurmuş elə şəhər də...
Əzabdı bil , sənsizlikdə -
Ölmək də. belə şəhərdə!

1817 oxunub

InvestAZ