XƏBƏR LENTİ
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



XATİRƏLƏR - Əbülfət MƏDƏTOĞLUNDAN təzə şeir
Ədəbiyyat 08:57 / 15.09.2021

"Bir qadına..." silsiləsindən
Vərəqlənir içimdə
Təngiyən xatirələr...
İndi ümid olmağa -
Ləngiyən xatirələr...
Mənə doğru bir cığır -
Saysız ünvandan çıxır...
Qəmi üst-üstə yığır -
Səngiyən xatirələr...
Bulud tək gözüm dolur
Qürub tək çöhrəm solur...
Niyə əlçatmaz olur -
Mən deyən xatirələr...
Əbülfət Əliyev


960 oxunub

InvestAZ