XƏBƏR LENTİ
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



ŞUŞADA ETDİYİM DUA - Əbülfət MƏDƏTOĞLUNDAN yeni şeir
Ədəbiyyat 10:40 / 14.09.2021

Allahım, bu ünvan sənin də evin
Mənim də Kəbəmdi -Şuşa adında..
Allahım, mənim tək sən də bax, sevin -
Qalsın Kəbə Şuşa sənin yadında!
Daşı dözümümdü, torpağı namım
Bilmirəm özümü burda kim sanım?!
Çiçəyi öpürəm durulur qanım -
Bu Günəş nurunda, hava dadında!
Allahım, bu məscid, bu Cıdır düzü
Bu da igidlərin qələbə izi...
Hər an varlığımda görərək sizi -
Tapıram özümü o BİR QADINDA!

1240 oxunub

InvestAZ