XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



YENƏ - Əbülfət MƏDƏTOĞLU yazır
Ədəbiyyat 08:48 / 08.09.2021
Yenə xəyallanmışam
Gözlərim də lillənib...
Susub baxır dörd divar -
Heç nə demir dillənib...
Ömür yüküm daşlaşıb
Daşı çəkən yaşlaşıb...
Yoluma bir daş aşıb -
dörd tərəfi gillənib...
Kiprik sıxan acı su
Keçmir canın acısı...
Qəmin əkiz bacısı -
Dərd, qəlbimə millənib...
Seçdi ömrə tən zəri -
Haqq , özünə bənzəri...
Ürəyimin nəzəri-
Ürəyinə zillənib...

4165 oxunub

InvestAZ