Ağaclar da əsirlikdən xilas oldu
Vaqif poeziya günləri ilə bağlı Şuşaya səfər etmiş şair və yazıçılarımız arasında olan Etimad Başkeçid qələm dostları ilə Şuşanı gəzib dolaşır. Onun enişli-yoxuşlu küçələrinə, dağılmış evlərə, kol basmış həyət-bacaya nəzər salıb üzünü Salam Sarvana tutub deyir:
- Ay Salam, gör həyətlərdə nə qədər meyvə qalıb. Amma ağaclar da lap əldən düşüb ha. Dibin belləyən, suyunu verməyən olmadığına elə bil onlar da əsirlik çəkiblər.
Bu sözləri eşidən şair Vaqif Aslan öz-özünə danışırmış kimi ortalığa deyir:
- Etimad bəy, həqiqətən 44 günlük müharibə ağacların da əsirliyinə son qoydu!