XƏBƏR LENTİ
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022



Paşinyan erməniləri təəccübləndirdi: Azərbaycan yer adlarını... - VİDEO
SİYASƏT 16:14 / 27.08.2021

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasındakı çıxışı sözün əsl mənasında erməniləri təəccübləndirib.

Çıxışı zamanı radikal düşüncəli erməni cəmiyyətini heyrətləndirən N.Paşinyan qəfildən Azərbaycan toponimlərindən istifadə etməyə başlayıb.

"Eyvazlı və Çayzəmi hissələrində yolun açılması regional sabitliyin çox yaxşı simvoluna çevrilə bilər" - deyə N.Paşinyan çıxışı zamanı bildirib.

Qeyd edək ki, N.Paşinyan hökumətin iclasında Ermənistanın regionda sülhün bərqərar olması üzrə Türkiyədən müsbət siqnallar aldığını da qeyd edib. O bildirib ki, Ermənistan Türkiyədən alınan müsbət siqnallara müsbət siqnallarla cavab verəcək. (trend)


3151 oxunub

InvestAZ