XƏBƏR LENTİ
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022



İşdən çıxarılan polis rəisi bıçaqlandı, əmisi intihar etdi
KRİMİNAL 21:49 / 25.08.2021

Ötən gecə Xaçmazda iş adamı Rövşən Əsgərbəylinin qardaşı oğlu, bir neçə gün əvvəl Siyəzən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifədən azad edilərək təqaüdə göndərilən Əliağa Əsgərbəylini bıçaqlaması və daha sonra intihar etməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.

Yenisəs.az  Publika.az -a  istinadla  xəbər verir ki, R.Əsəgrbəyli ilə qardaşı oğlu arasında daha əvvəldən münaqişə var imiş. Onlar daha öncə Xaçmazdakı məşhur restoranlrdan birində dalaşıblar.

Nəhayət ötən gün R.Əsgərbəyli Əliağanı öldürmək qərarına gəlib. O, bir neçə gün əvvəl təqaüdə çıxan polis zabitinə 4 bıçaq zərbəsi endirib. Əliağanın öləcəyini düşünən R.Əsgərbəyli daha sonra tüfənglə özünə atəş açaraq intihar edib.

Xəstəxanaya yerləşdirilən R.Əsgərbəylinin bəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.


6570 oxunub

InvestAZ