XƏBƏR LENTİ
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022



Azərbaycanlı nazir 12 min metr üzdü...
Maraqli 12:49 / 22.08.2021

Müdafiə sənayesi naziri Mədət Quliyev yığma üzvləri ilə birgə üzgüçülük marafonuna qatılıb.

Yenisəs.az  Axar.az-a  istinadla  xəbər verir ki, bu barədə Fanat.az-a üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov məlumat verib. Yığmamızın çalışdırıcısı üzmə həvəskarı olan 63 yaşlı nazirin təşəbbüsü ilə həftənin şənbə günləri Xəzər dənizində yarış təşkil olunduğunu bildirib.

Əbdürəhmanov indiyədək iki dəfə belə marafon keçirildiyini diqqətə çatdırıb. Nazir və yığma üzvləri ilk olaraq 8 min, bu gün baş tutan yarışmada isə 4 min metr məsafəyə üzüblər.

Baş məşqçinin sözlərinə görə, bu, bir aksiyadır və keçirilməsində əsas məqsəd ölkədə insanları sağlam həyat tərzinə təşviq etmək və marafon üzgüçülüyünün inkişafına təkan verməkdir. Əbdürəhmanov üzgüçülük həvəskarlarını onlara qoşulmağa çağırıb.


5540 oxunub

InvestAZ