Xalq yazıçısı Çingiz Abdullayev mənim nəzərimdə əsil mənada bax belə
taleyli insan, sənətkardı. O, həqiqi mənada parlayan qütb ulduzuna bənzəyir!..
Onun kimi insanlara yol göstərir, bələdçilik edir... Nahaq demirlər ki, xalqın
ədəbiyyatı onun maddiləşmiş yaddaşıdı. Əsil yazıçı da insanlığın vicdanı...
Xalqın qaranlıqdan aydınlığa səsləyən...
Bir o qədər fərqi yoxdur, o hansı eldə-obada doğulub, böyüyüb,
kamilləşib, bu günün gözəl yazıçısı olub... Cek London, Çingiz Aytmatov, Çingiz
Abdullayev belə taleyli sənətkarlardandılar. Jek London gözəl əsərləri, sovet
təbliğatı ilə elə şöhrətləndi ki, hətta sərhəddəki şəxsi evi ABŞ-la Kanada
arasında az qala gərginlik yaradacaqdı. Axırı əlacsız qalıb, həmin mülkü tam yarı
bölərək muzey etdilər. Bizim Çingizlər isə rus dilində yazdıqları üçün bəzi
nadanlar tərəfindən qınanılsalar da, dünya şöhrəti qazandılar.
İlahi, sovet vaxtı Çingiz Aytmatovun əsərlərini nepcə də sevə-sevə
oxuyurdular. Bir dəfə «Azərbaycan qadını» jurnalına «Övlad həsrəti» adlı
hekayəsini göndərmişdi. Nəsr şöbəsinə baxan redaktor müavini, gözəl, istiqanlı
ziyalı xanım Svetlana Nəcəfova nə qədər axtarsa da hekayə tapılmadı. Bəlkə
onadək qovluğa baxmışdı. Dedi: «Onun məzmunnudan bir az danış, bəlkə yada sala
bildim». Danışanda, birdən o stolun siyirtməsini çəkərək dedi: «Biz onu jurnalın
mart nömrəsi üçün çapa hazırlamışıq. 8 Mart Beynəlxalq Qadınlar gününə. Gözəl
hekayədi. İnanın, oxuyanda mənə lap Çingiz Aytmatovun əsərlərini xatırlatdı...»
Çingiz Abdullaevlə şəxsən tanış olmasa da, onun əsərlərini də o belə bir
sevgi, məhəbbətlə oxuyurdu. Elə oldu ki, bir gün onunla görüşmək istədim. Onu
səmimiyyətlə qəbul elədi, xeyli söhbət etdilər, kitablarından hədiyyə verdi.
Sonrakı dəfə yanında olanda ona bir neçə hekayə verdi. Görüşəndə dedi:
- Əlisəfa müəllim, «Xoruz başı» hekayən çox xoşuma gəldi. «Prokuror
qızı» povestini də oxuyacağam.
Sonradan «Prokuror qızı» provesti bir kənd müəllimi tərəfindən Siyəzəndə
ruscaya tərcümə olunsa da, onu yazanda makinaçıya da xoş gəlmədi. «Dəri gödəkcə» («Kojaya
kurtka») hekayəsi isə Çingiz müəllimin təqdimatı ilə «Literaturnıy Azerbaydcan»
jurnalının 2004-cü il tarixli onuncu sayında dərc olundu və həmin hekayə
haqqında çox xoş sözlər dedilər.
Bir dəfə təzə çap olunmuş kitablarından M.F.Axundov adına kitabxanaya
təqdim etmək üçün Bakıda idi. Adətən belə təzə çap olunmuş kitablarını orada
işləyən yazıçı həmkarı Xuraman xanıma təqdim edərdi. Bu dəfə içəridə üç cavan
qız gördü. Biri dilli-dilavərliklə dedi:
- Eybi yoxdur, verin mənə...
Mən kitabları qovluqdan çıxarıb ona verdim. Adətən dörd nüsxə
götürürlər. Həmin orta boylu, ağbəniz qız kitaba baxan kimi dilləndi:
- Hə... Yazıçı Əlisəfa Azayev...
- Bəli...
- Əsasən detektiv janrda yazırsınız da... Biz sizin kitabları çox
oxuyuruq... Elə atam, anam da... Sizdə milli ruh güclüdü...
Həqiqətən də son on ildə onun kitabları çox çap olunmuşdu. Ancaq qızın
onun haqqında bir qədər şişirdilmiş danışması onu açmadı. Dilləndi:
- Niyə... Bəyəm Çingiz Abdullayevin kitabları az satılır, oxunur?..
- Bəlkə də elə siz deyəndir... Onun kitabları çox satılır... Ancaq nə
etmək... O daha çox xaricdən yazır da...
Qızın sözləri yenə də ona xoş
gəlməsə də, dedi:
- Xanım, özümüzdən, öz həyatımızdan yazanlarımız onsuz da çoxdurlar da.
Sevinmirsiniz ki, belə bir yazıçımız var. Əziyyət çəkib səfərlər edir, dünyanı
bizə tanıtdırır.
- Hə... Orası doğrudur... Ancaq yenə də...
Söhbət o qədər maraqlı, şirin alınmışdı ki, o biri qızlar da qoşuldular.
Qızın razı qalmadığını görüb dedi:
- Bu sizin şəxsi fikrinizdi. Hər bir adamın fikrinə hörmətlə
yanaşılmalıdı. Ancaq mənim nəzərimdə Çingiz Abdullayev uca bir zirvədir. O
zirvədən dünyaya baxdığımız, çıxdığımız üçün ona minnətdar olmalıyıq.
- Bəlkə də...
- Bir də ki, hər adam, yazar məhəlli, milli hisslərdən çox da uzaq ola
bilmir axı... Nahaq demirlər ki, namuslu adam ailəsini özündən, vətənini
ailəsindən, insanlığı vətənindən uca tutar... Bəli, o bəşəridi, bəşəri yazılar
yazır. Ona görə də bəyənilir, oxunur, dünya səviyyəli yazıçı olub.
Belə bir mənzərə ilə «Nəşriyyatda» - «Təknur» nəşriyyatında olanda da
qarşılaşdı. Tərs kimi bu adam «xalq yolunda» baş ağartmış ziyalı, jurnalist
idi. Bəlkə də heç Bakıdan, rayonlarından kənara çıxmamışdı. Ancaq elə
«yekə-yekə» danışır, fikirlər söyləyirdi ki... Yazıçı Çingiz Abdullayev
haqqında söhbət düşəndə dedi:
- Ə, o haradan xalq yazıçısı olur ey?!. Xalqın ondan xəbəri var?..
İnanın, onun bu sözlərini eşidəndə yer-göy başıma fırlandı. Çingiz
Abdullaeyv heç dünya şöhrətli yazıçı, bu xalqın oğlu olmaqldan əlavə, həm də qələm
sahibi, onun həmkarı idi axı... Bəlkə də heç tərcümeyi -halını düzgün yaza
bilməyən bu adam belə bir adam haqqında niyə beləcə qərəzli danışırdı. Soruşdu:
- Siz Çingiz Abdullayevi şəxsən tanıyırsız?
- Yox... Heç tanımaq da istəmirəm...
- Niyə ki?..
- Onun yazdıqlarının bizə dəxli yoxdur.
- Axı nə üçün?!. Siz onun əsərlərini oxumusunuzmu?..
- Yox... Heç oxumaq da istəmirəm.
Yaxşı deyirlər ki, bilikli adam Allaha yaxın olandı, nadanlıq elə
şeytani işlərlə məşlğul olmaq kimi bir şeydir. İndi bu adam da təkəbbürlü,
savadsızın bir iidi. Başı çıxdı-çıxmadı özünü göstərmək üçün onun-bunun
haqqında söz deyirdi. Bir sözlə adi hesablamanı bilməyən birisi, ali riyaziyyat
səviyyəli, düşüncəli bir adam haqqında fikir deyirdi. Özünü saxlaya bilməyib
dedi:
- Adi bir müəllimin, həkimin, hakimin savadsızlığı o an bilinir.
- Əlbəttə ki...
- Hakimiyyətin iradəsizliyi bir xalqı kor qoyur...
- ...
- Belə bir yazıçını isə dünya oxuyur... Fəxrimizdi... Azərbaycan
oğludu...
- Xoruzu yumurtlayan, bəxtli adamdı da...
- Bəxt şeytan əməlidi... De ki, iradəsinin ağası olub...
Yazıb-yaradıb... Gecəsi-gündüzü olmayıb... Arzularına çatıb, xoşbəxt olub...
Xidmət müddətim başa çatıb, Siyəzən dövlət notariusu kimi ədliyyə işi
ilə vidalaşma ərəfəsində rəis Mehman Soltanov dedi ki, yerimdə olum, ora
gələsidirlər. Onda Yazıçılar Birliyindən təşkilat şöbəsinin müdiri Elmar
Şeyxzadə də gəlmişdi. Rayon sakinrlərinin iştirakı ilə keçirilən böyük tədbirdə
rayon rəhbərləri, inzibati orqan işçiləri iştirak edirdilər. Ona ədliyyənin
yuksək mükafatı - ədliyyə Döş nişanı təqdim olundu. Rəisin dediyi kimi işlədiyi
iyirmi bir il ərzində ərizə-şikayətə yol verməmiş, işləri ləğv olunmamış,
hüquqi təbliğata səy göstərmişdir.
Onda Elmar Şeyxzadə 65 illiyi münasibətilə ona Yazıçılar Birliyinin
ünvanlanmış təbrikini oxudu. Həm də Çingiz Abdullayevin məktubunu. O, İsmayıl
bəy Qurqaşınlı adına mükafata layiq görülmüşdü. Sonradan həmin mükafat Çingiz
müəllimin özü tərəfindən ona təqdim olundu. Hətta ona dedi:
- Nazir, müavinləri sizin xətrinizi çox istəyirlər..
Bəli, bu xətir-hörməti, o, öz təmiz, nöqsansız işi, fəaliyyəti ilə
qazanmışdı.
Altmış beş illiyi rayon İcra hakimiyyəti səviyyəsində Ədəbiyyat İnstitutu Aran Regional şöbəsi
tərəfindən təşkil olunub keçiriləndə onun haqqında akademik Rafael Hüseynovun
və xalq yazıçısı Çingiz Abdullayevin xoş sözləri yazılmış görüntülü video-çarx
göstərildi. Doğrusu o bundan xəbərsiz idi. Yaqut xanım Əşrəfova onunla bu
müsahibəni harada götürmüşdü, ona məlum deyildi. Sonradan eşitdi ki, deməsinə
görə, bunun üçün «Neftçi» idman klubuna gedibmiş. Çingiz müəllim həm də futbolçularımızın himayəçilərindən,
onun uğurlarına sevinən adamlardan biridi axı...
Təqaüddə olanda ədliyyə Döş nişanına görə nazir Fikrət Məmmədova
yazdığım minnətdarlıq məktubunda imkan olarsa «Bilgəh» sanatoriyasında dincəlmək
istədiyimi göstərmişdim. Əslində elə müalicə olunmağım üçün. Bir az əvvəl
Ədliyyə Hosbitalında müalicə olunmuşdum. Sağ olsun, dərhal da münasibət
göstərildi.
Sanatoriyada olanda onunla görüşmək təşəbbüsündə bulundular. Təşkilatçı
oranın kitabxana müdiri idi. Bu səbəbdən Bakıdakı mağazalardan bir neçə
kitabımı gətizdirəndə onların içindən
Çingiz Abdullayevin «Özümüzünkülər» romanı çıxdı. Dərhal həmin romanı
oxumağa başladı. Düzdür, əvvəl onun «Mavi mələklər», «Əclafların qanunu»,
«Qanın üç rəngi» və başqa kitablarını oxumuşdu. Ancaq bu kitab onu daha çox
təsirləndirdi.
Bəlkə elə yazıçını bu əsəri yazmağa vadar edən də elə bu hisslər olub
axı. Biz ən ağır zərbəni bəzən yaxın adamlardan alırıq.
Bu yaxınlarda Yazıçılar Birliyində idi. Əlimdə Milli Məclisin Mədəniyyət
Komitəsi adından yazılmış məktub vardı. Onun sədri akademik Rafael Hüseynovun
imzası ilə. Ona Yazıçılar Birliyinin təqaüdünün verilməsinə köməklik barədə.
Məktubun surəti gəlmişdi ona. Sözsüz ki, əsli Yazıçılar Birliyinə ünvanlanmışdı.
Bir dəfə bu barədə söhbət düşəndə. Çingiz Abdullayev demişdi: «Yazıçılar
Birliyinin mükafatını siz almayanda kim almalıdı ki?..» İndi həmin məktub
göstərəndə Çingiz müəllim dedi:
- Onun surətini mənə verərsiniz.
- İstəyirsiniz lap əsli qalsın.
- Yox, elə surətini versəniz bəsdir.
Həmin məktubun surətini verəndən sonra, Çingiz müəllim gözləməyi tapşırıb, özü harasa getdi. Onsuz
da təqaüd alacaq yazıçıların siyahısının təsdiqlənəcəyi vaxtına xeyli vardı.
Görüşəndə ona dedi:
- Hə... Bu məktubun surəti qalsın
məndə, çalışaram bir iş görüm...
Bir müddət sonra Yazıçılar Birliyində olanda katibəsi dedi:
- Çingiz müəllim xaricə getdi. Dedi ki, sizə deyim ki, bu məsələyə şair
Fikrət Qoca baxır. Onun yanında olsun.
Hiss elədi ki, necə ki, çap məsələsində detektiv yazı yazan yazıçılara
ədəbi orqanlarda çap məsələsinə necə soyuq münasibət göstərilir, burada da elə.
Bunu elə bir dəfə söhbət zamanı Yazıçılar Birliyinin katibi İlqar Fəhmi də
demişdi. O da hüquqşünas idi, detektiv yazılar yazırdı axı. Hətta bu söhbətdən
təsirlənib «Əski iş» hekayəsi yazmışdı. İlqar müəllimin sözlərinə görə bizdə
nədənsə belə yazıları əski iş hesab edirlər. Onun deməsinə görə bəlkə də bu elə
Azərbaycanın uzun müddət əsarətdə, çar üsul-idarəsi altında qalması
səbəbindəndi. Orqan işçisi görəndə sanki indi də bəziləri qorodovoy, pristav,
qubernator görür...
Bu bəlkə elə inkişaf səviyyəsi ilə bağlıdı... Bu gün fəxarətlə adını
çəkdiyimiz Avropa ölkələrində, avropa dəyərləri
ilə oturub-duran, yaşayan ölkələrdə hansı ədəbi janr daha çox diqqət,
maraq dairəsindədi. Sözsüz ki, detektiv janr! Məşhur ingilis yazıçısı Konon Doyl
harada yaşayıb, yazıb-yaradıb?!. Elə məşhur Amerika yazıçısı Cek Londonu
götürək. Onun bu səpkili yazılarını az oxumuşuqmu. Fransız yazıçısı Gi de Mopassan,
onun ölməz əsərləri... Bəlkə də bir başqası onunla mübahisə edə, onların bir o
qədər detektiv əsərlər yazmadığını
deyərlər. Bəs Amerika yazıçısı O.Henri?!. Onun ölməz hekayəlri...
Bütün bunlarla demək istəyirik ki, cəmiyyətimiz dəyişdiyi kimi,
ədəbiyyatımızda, sənətimizdə də müasirlik olmalıdı. İndi daha güldən, bülbüldən
bir o qədər bəhs etmək zəmanəsi deyil. Cəmiyyətimiz, gənclərimiz üçün onları
düşündürən yeni-yeni bədii əsərlər lazımdır. O əsərlər ki, oxucularımız
onları əsil mənada yol yoldaşı bilsinlər. Axı biz hüquqi dövlət qururuq. Hər
bir kitabımız bu məsələlərdən az-çox məlumat verməlidi. Gənclərimiz
bilməlidirlər ki, hakimiyyət bölgüsü nədi. Hüquqi dövlətdə qanunvericilik, icra,
məhkəmə hakimiyyəti nə işlərlə məşğul olur.
Bax Çingiz müəllim bir yazıçı, hüquq mütəxəssisi kimi müasir gəncliyə
bunu çatdırmaq istəyir. Ancaq bəzən onu da Yazıçılar Birliyində lazımınca başa
düşənlər olmur. Yoxsa ona təqaüdü verilməsi məsələsi bu qədər uzanardımı?!.
Bu günlərdə nə vaxtasa yazdığı, daha doğrusu elə hakimi əvəz edərkən iş
təcrübəsindən bəhs edən «Ədalət mühakiməsi» povestini Çingiz Abdullayevə təqdim
etmək istədi ki, oxuyub fikrini desin. Ancaq yerində olmadığını görüb Qazilə
xanıma verdi ki, ona salamını çatdırsın, bir də bu yazını versin.
Əslində həmin yazı «Mühakimə» kitabı üçün nəzərdə tutulmuşdu. Birinci
povest «Hakim əvəzi» adlanırdı. Onu da İlqar Fəhmiyə vermişdi. Bir dəfə yanında
oldu. Dedi ki, hökmən oxuyub, öz fikrini bildirəcəkdir.
Həftərası rayonda idi. Zəng çalındı. Qazilə xanım idi. Dedi ki, Çingiz
müəllim sizin yazını oxumaq üçün «Ulduz» jurnalının redaktoru Ağsəs müəllimə
vermişdi. Deyəsən bəyənməyib, götürərsiniz.
Belə xəbərlərə az-çox öyrəncəli bir adam kimi, Qazilənin yanında da
olanda dedi:
-Mən həmmin əsəri Çingiz Abdullayevə ona görə oxumağa vermişdim ki, bu
sahənin mütəxəssisi, hüquqşünasdı...
- Hə... Düzdür...
Povestin əlyazmasını götürüb, onlarla vidalaşaraq, pilləkənlə aşağı
mərtəbəyə düşürdü ki, Çingiz müəllimlə qarşılaşdı. Səmimi görüşdülər. Dedi:
- Əsərini almısam, xaricdə idim. İndi gəlmişəm, hökmən oxuyacağam.
Həqiqəti deyəndə Çingiz müəllim narahat halda dedi:
- Qaytar onu geri... Qız məni başa düşməyib... Mən dedim ki, «Ulduz» da
mən gəlincə oxusunlar...
Beləcə, əsəri qaytarıb yenidən katibliyə verdi. Qazilə xanım pərt halda
dedi:
- Əlisəfa müəllim, bilirsiz də mən sizin xətrinizi nə qədər istəyirəm...
İndi bir işdi də, oldu da...
- Bilirəm... Heç fikir eləmə, olan şeydir... Belə hallar,
başadüşməzliklər olur da...
Bütün bunları yazmaqda, tam aydınlığı ilə göstərməkdə xalq yazıçısı
Çingiz Abdullayev xasiyyətininin tam incəliklərini, onun nə qədər sadə bir
insan olduğunu sizə göstərmək, çatdırmaq istədim. Bəli, nahaq demirlər ki, əsl
dahi adamlar elə beləcə sadə, səmimi olurlar.
Fəxr etməli, öyünməliyik ki, əsl mənada XX-XXI əsrlərin qovşağında belə
bir ədibimiz öz ölməz əsərləri ilə dünyaya səs saldı, xalqımızın başını ucaltdı!
Heç uzağa yox Rusiyaya, Gürcüstana üz tut, soruş: «Çingiz Abdullayevin
əsərlərindən oxumusunuzmu?» Dərhal sizə diqqət kəsiləcəklər: «Da... Da...
Əlbəttə ki...» Hələ onu münaqişədə olduğumuz insanlar da oxuyur axı... Özü də
necə... Azərbaycanda keçən xoş günlərini xatırlaya-xatırlaya, nostalji hisslər
içində. Bunun nəyi pisdi ki?!. Qoy
xalqımız haqqında dünyada yaxşı fikir formalaşsın!.. Necə ki, onun əsərləri
min, on min, yüz min tirajlarla çap olunub, milyonları keçib!..
İngiltərədə, Fransada, Almaniyada, İtaliyaya, Amerikada, İspaniyada olan oxucu bir mağazaya kitabxanaya baş
çəkəndə Çingiz Abdullayevin əsərlərini orada görürsə, oxunmasının şahidi
olğursa, bunun nəyi pisdir?! Bu əsil mənada öyüləsi, təqdir olunası haldır!
Təki belə yazarlarımız, yazıçılarımız çox olaydı!..
Yaxşı deyirlər ki, iyirmi yaşında yaraşıqlı, otuz yaşında güclü, qırx
yaşında varlı, əlli yaşında ağıllı, altmış yaşında müdrik olmayan, heç vaxt bir
zirvəyə ucala bilməz. Bəli, bu il- 9 aprel 2019-cu il tarixli gündə böyük
yazıçımız Çingiz Abdullayev əsil mənada müdriklik yaşını - 60 illiyini qeyd edəcək. Bu münasibətlə öz püxtə
qələmi ilə Reçpublikamızı bütün dünyada
şöhrətləndirən, tanıtdıran hörmətli xalnq yazıçımız Çingiz Abdullayevə
İlahidən uzun ömür, can sağlığı, ailə xoşbəxtliyi, yeni-yeni yaradıcılıq
uğurları arzulayıram!
Yaxşı deyirlər ki, müdrik adam özünə rəva görmədiklərini başqalarına
rəva görməz. Bir də deyiblər ki, müdrik insan iki təhlükədən qaçar: eşqdən və şöhrətdən! Bir də deyiblər ki, elə
müdrik hakim insanın vicdanıdı! Başqaları çığır-bağır salmaq istəyəndə müdrik
adam susur, öz fikri ilə başqalarına nümunə olur. Nadanlar ölüm haqqında fikirləşəndə,
düşünəndə, müdrik adamlar həyat, gələcək haqqında sözlərini deyər. Nahaq
demirlər ki, müdrik söz, siyasət həqiqətə söykənər! Müdrik kitab sanki insanla
danışan kitab olduğunu eşitmişdir. Bir də müdriklik rəmzi barədə!.. Onu nahaq
yerə təbiətin ən qəddar canlısını - ilanı seçməyiblər ki!.. Ona görə ki, o fərq
qoymur, həqiqət kimi çalır, nəticəsi ölüm olsa da!..
O sənət, o hərəkət ki, gələcəyə,
insanların yaxşı, firavan yaşamasına
xidmət edirsə, o alqışlanmalıdı!.. Sənətin elə ən böyük missiyası həyata
xidmət etməkdir də! Bu gün Çingiz Abdullayev kimi yazıçıların əsərlərini oxuyub
mənən zənginləşən, dünyaya çıxmağa çalışan gənclərimizi görəndə həm də təsirlənir, fərəhlənir, həm də bir
təəssüf hissi keçirir ki, bizim vaxtımızda niyə belə meydan olmadı, dar bir
çərçivədə qapanıb qaldıq...
Bəli, cəsur əsgər ölsə, şəhid olsa da, qələbəni təmin edir! İnsan otuz
dörd yaşına kimi tam inkişafda olub, qırxadək eyni vəziyyətdə qalıb, sonrakı
hər on ildən bir ildə, ayda, həftədə, saatda, dəqiqədə, saniyədə zəif düşdüyü
kimi, yaradıcı adam da belə bir gərgin ömür yaşayır. Vaxtını heç vaxt hədər
vermək istəmir. Axı o əlinə qələm almaqla, sanki üzərinə ağır bir məsuliyyət götürüb. Özü də o yerdə ki... Kəlməbaşı
soruşurlar:
- Sən yazıçı deyilsən?
- Bu işlərə necə baxırsan?
- Biz bütün bunlara necə dözək?
Belə suallar bəlkə də daha çox elə Çingiz Abdullayevə verilir, deyilir,
soruşulur... Elə şöhrətli xalq yazıçımız olduğu üçün... Hər bir işin cəfası
olduğu kimi, cəfası da var... Bu gün yazıçı işinin səfası varmı?!. Bu suala cavab
vermək çox çətindi. Bəlkə elə bu suallara xalq yazıçımız Çingiz Abdullayev özü cavab
verə də, mətbuat səhifəəində. Hər birimizin
ortaq işi, tribunası olan qəzet səhifələrində. Axı deyirlər ki, yurnalist
qələmi kəsərli baltadı... O, hər bir cəmiyyətdəki əyintiləri doğrayıb-töküb,
düzəltməyə çalışır...
Bəli, az-çox belə yazılar dərc olunur, oxuyuruq. Ancaq bugünkü
uğurlarımızı, uğursuzluqlarımızı əks etdirən bişmiş bir yazıçı qələmi
həsrətindəyik! Mənə elə gəlir ki, artıq belə bir ideya verilib. Yazıçı da elə
əslində hadisələri ideyaya çevirir. Nahaq deməyiblər ki, xoşbəxt insan səadəti
öz evində axtarar. Xoşbəxt cəmiyyət daha çox madli sərvətə yox, əxlaq və ruh
yüksəkliyinə söykənir. Hər şeydən narazı
olmaq böyük bədbəxtlikdir! Allah bizi belələrindən saxlasın! Kaş belələri o
anda Çingiz Abdullayevin bir əsərini mütaliə edərdilər! Axı kitab soyuq dost
olsa da, etibarlıdı! İnsanı kamilləşdirir!.. Kamil insan isə heç vaxt küyə
getməz!. Onun hər şeyə öz baxışı, düşüncəsi, münasibəti var. Necə ki, birisi
başqasının məsləhəti ilə ailə həyatı qurub ömrü boyu cəhənnəm əzabı yaşayır. Bəzən də biri
yaxınların məsləhəti ilə ixtisas seçib it zülmü çəkir, üzü gülmür... Bəli,
həyatda elə şeylər var ki, ata-ana, bacı-qardaş, yaxınlar olsa da, insanın öz
ağlı, öz baxışı, münasibəti olmalıdı. Elə kitaba, mütaliəyə də...Əziz oxucular!
Oxuyun Çingiz Abdullayevin kitablarını! Bəlkə də heç bu müraciətə ehtiyac
yoxdur. Yaxşı mal reklamsız alınan, yayılan kimi, onun kitabları da satılır,
oxunulur. Qədim yunanlar kitabı nahaq yerə çubuqsuz, lal müəllim
adlandırmırdılar ki. Bəli o Qədim Romalılar üçün də əfsanəvmi çıraq idi. Elə bu
gün bizim üçün də cəmiyyəti beləcə narahatlıq içində saxlamaq heç də yaxşı
deyil. Sonsuz sorğu-suallara cavab verməkdən yorulmuşuq. Belə suallar sözsüz
ki, Çingiz Abdullayevə də verilir:
- Kitab, kitabxanalar haqqındakı son sərəncamdan xəbəriniz varmı?..
- Kitabxanalar doğurdanmı ləğv olunacaq?..
- Bəs bu kitabların fəaliyyəti necə olacaq?..
Nə qədər bu suallardan qaçmağa çalışsaq da, məsələyə aydınlıq gətirməyə
çalışırıq. Kitabla heç kimin işi olmayacaq. Kitabxanalar təzələnəcək, yeni
strukturda, yeni qaydalarda işləyəcəklər.
Təki belə olsun. Mənəviyyatımızın əsl mənada bünövrə daşlarından olan
kitablarımıza yeni xoş münasibətin, qayğının, tələbkarlığın şahidi olaq!..