XƏBƏR LENTİ
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022



ELƏ,BELƏ - yazdı Əbülfət MƏDƏTOĞLU
YAZARLAR 10:06 / 20.08.2021

Hər səhərin öz adı var
Öz mənası, öz dadı var...
Həm doğması, həm yadı var -
Elə- belə açılmır ki?!
Bir ümiddi sökülən dan
Atəşlənib isinən qan!
Kirpiyindən bil ki, bu can -
Elə-belə asılmır ki?!
Bəmbəyazdı bax , səması
Ruhun Allahla təması...
Bir fikrin vergül əmması -
Elə-belə yazılmır ki?!
Daşdı qopub daşa dəyən
Topuğa, həm başa dəyən
Başın hər cür başa əyən -
Elə-belə qısılmır ki?!
Fəhmi olan bilə gərək
Dərdinə də gülə gərək...
Dərd möhürü sənə ürək -
Elə-belə basılmır ki?!


6664 oxunub

InvestAZ