Respublikamızın ərazisində onsuz da belə cənnət-məkan ərazilər çoxdu. Necə ki, bir əfsanədə deyildiyi kimi, İlahi yer üzünə
səfər edib, var-dövlət paylayanda, Sibir üzərindən-QədimTürk torpaqlarından-
Yenisey, Altay ərazilərindən keçəndə soyuqdan əli donur, bütün ləl-cəvahirat,
qızıllar həmin ərazilərə səpələnir...
Bax nəinki yurdumuz, elə Lənkəran rayonu da belə timsallı,
sayılıb-seçilən bir məkandı. Torpağımın bərəkətliliyi, iqlimi, təbiəti,
gözəlliyi ilə... Ən başlıcası isə bu torpağa qayğı göstərən, sığal çəkən,
onların min bir əzab-əziyyətini, zəhmətin çəkən gözəl, əməksevər, zəhmətkeş
adamları ilə...
Lənkəran ilk dəfə sayılıb-seçilən, ekran əsərlərimizdən olan "Ulduz”
kinosu ilə sevlib. İlahi, onda böyüklü-kiçikli bu sənət əsərinə necə də maraqla
baxırdıq. Orada gözəl sənətkarlarımız çıxış edir, öz məzmunlu söz-söhbətləri,
hərəkətləri ilə bizi valeh edirdilər. Həm də Talış dağlarının əvəzsiz
gözəlliyi, göz oxşayan mənzərəsi, cazibəsi... Şirin dil, insani qayğı, zəhmət
ətiri, ürəkdən gələn ilahi məhəbbət... O vaxtkı şəhər və kənd həyatımızın yaxşı
tərəflərini özündə əks etdirən bu gözəl filmə indi də həvəslə, böyük maraqla
baxırlar.
Sonra da ADU-da, hüquq fakültəsində oxuyanda bir talış qardaşımızla
tanış oldum. Onun maraqlı söhbətlərini dinləməkdən yorulmazdım. Bu ərəfədə
atamın bir vaxtlar kalonda tanış olduğu dostu Əlisa kişinin qızından məktub
aldı. Biz bir-birimizi görməsək də, "Azərbaycan gəncləri” qazetində yazıçı Əlfi
Qasımovun uğurlu yol arzuladığı əsgər şəklimlə birlikdə dərc olunmuş "Xatirə”
hekayəmi oxuduqlarını bildirir, ailələri adından məni bu uğur münasibətilə təbrik edir, minnətdarlıqların bildirirdilər.
Ancaq bütün bunlara baxmayaraq sanki Lənkəran, o zona onun üçün
əlçatmaz, ünyetməz bir məkan idi. Rusyanı gəzən-Saratov, Moskva, Pskov,
Volqaqrod şəhərlərində, Qazaxıstanda, Uraliski, Kuybisev şəhərlərində olsa da,
buradan bura Lənkərana gedib çıxa bilmirdi. Dinəndə də hərə bir söz deyirdi:
Sərhəd rayonudu. Xarici pasportsuz ora getmək olmaz! Hətta bu ərəfədə bir
yazıçının hekayəsini oxumuş, pasportsuz adamın keçid məntəqəsində nələr
çəkdiklərini hiss etmişdi. Tərs kimi həmin adam cavan gəlin olmuş, rus
əsgərləri ona rəhm edib, getdiyi rayona buraxmamışdılar.
Avto-qəza hadisəsinə düşüb, 1 Saylı Respublika klinik xəstəxanasında
–Semoşkada yatanda palata yoldaşı, cavan bir avtobus sürücüsü idi. Həyat
yoldaşı da insanpərvər bir talış qızı. Onun öz həyat yoldaşına göstərdiyi xoş
münasibət, sədaqət o qədər təbii, ürək açan olardı ki, özünü saxlaya bilməyib,
təsirlənmiş halda deyərdi:
-Yox, hökmən bu günləri qələmə almaq, kitab yazmaq lazımdı.
Onda xanım maraq içində soruşdu:
-Siz yazır?..
-Hə...
-Yazıçısınız?..
-Belə də...
Kitablarından onlara hədiyyə etdi. Gəlin hər dəfə yoldaşının yanına
gələndə Lənkəran nemətlərindən onun da yeməsinə çalışar, qonaq edərdi. Həyat
yoldaşı ilə bu səmimi xanım arasında əsl mənada gözəl rəfiqəlik münasibəti
formalaşmışdı. Bir birini səsləyər, şirin söhbət edərdilər. Hərdən də o körpə
uşağı ilə xəstəxanaya, həyat yoldaşına dəyməyə gələr, balaca oğlunu ondan alıb
oynadardılar.
Doğurdan da bir gülün elə bir gözəlliyi olmur. Lap aləmi tutsa da.
Güllər, çiçəklər çoxluğunun ləzzəti, gözəlliyi başqadı. Azərbaycan xalqı bir,
yekdil olsa da, etnik qrupları ilə bu birliyi daha da möhkəmləndir.
Doxsanıncı illərdə seperatçı hərəkatlar baş verəndə, sonradan
Lənkəranda Dilrubə xanım Camalovanın rəhbərliyi ilə əminamanlıq yarananda, bu
sakitliyə sevinənlərdən biri də o idi. Heydər Əliyev qüdrətinə bələd olanlar,
bir çoxlarının əli ilə bizi "qıdıqlamaq”, min oyun çıxartmaq, əsas xəttən
yayındırmaq istəyirdilər axı.
Şükürlər olsun ki, artıq o ağrılı illər arxada qalıb. Özü də bu
jurnalist həmkəarlarımız o illər elə mövzular, başlıqlar tapıb yazırdılar ki:
"İrinli yara”... Hətta bir dəfə birinə ciddi irad tutdum: Elə yazılar yazın ki,
xoş əhval-ruhiyyə yaratsın. Onda mənə nə desə yaxşıdı:”Müəllim, bilirsiz də,
başlıq əsasdı, çağırışcı olmalıdı... Qazet üçün "Adamı it qapıb” yox "İt adamı
qapıb!.” əhəmiyyətlidir.
Bu yerdə yadına jurnalistlərlə Heydər Əliyevin görüşü düşdü. Onlara
yaradılmış səmimi şəraitdən biri lap özün unutmuş haldı dedi:"Cənab Prezident,
elə deyirlər ki, bizim prezidentimiz uzqgörəndi... Bu yaxını, bizim
vəziyyətimizi də görün də...”
Bəlkə də bir başqası bu sözləri eşitcək halı dəyişər, özündən
çıxardı. Onda qonaqpərvər ev sahibi kimi Heydər Əliyev səbr və təmkininə valeh
oldu. Gülə-gülə dedi:
-Niyə, yaxını da görürəm... Bax elə bu dənizdəki o gəmini də
görürəm...
Ah, İlahi, Heydər Əliyev qələm sahiblərinə qarşı necə xoş münasibətdə
idi! Prezident İlham Əliyev bu günlərdə bir qrup yaradıcı ziyalılarla
görüşəndə, istər-istəməz onu, Fizuli yubleyinə hazırlıqla əlaqədar maliyyə
nazirinə tutduğu kəskin iradları xatırlatdı...
Bəli, xalqı, milləti onun ziyalıları ilə tanıyırlar. Yaxşı deyirlər
ki, ölkənin zəifləməsi pulun yoxluğu ilə deyil, istedadların olmamamsı, yoxluğu
ilə bağlıdı. Mən Rus jurnalistinin yazısını oxuyanda necə də təsirləndim.
Yazırdı ki, Baykal-Amur magistral dəmir yolu çəkiləndə, Sov. İKP MK-nin buro
üzvü, SSRİ Nazirlər Sovetinin sədr müavini kimi Heydər Əliyev özü gələndə heç
də xoşagələn vəzyətdə olmayan, tozun-torpağın, palçığın, lıqanın içində olan
yerə nazirləri sanki səbəbsiz aparmadı. Onlara əyani göstərmək istədi ki, belə
yerdə işləyib, zəhmət çəkən işçilərin əmək haqqı artırılmalıdı.
Bu barədə ona Lənkəranlı bir tanışı da söhbət etmişdi. Xüsusilə bir
Rus dəmiryolçu ailəsinə təzə mənzilin verilməsindən, onların sevincindən...
Sonra da Qara dənizdəki o faciəli gəmi toqquşması. Heydər Əliyev onda da həmin
hadisə ilə əlaqədar yaradılmış komissiyanın sədri idi. Yaxınlarını itirmiş
insanlar onu necə dövrəyə almış, ona necə ümidlə baxırdılar. Axı o bir başqası
yox, odlu, yenilikçi çıxışları ilə SSR-ni, Moskvanı silkələyən, Qarbaçovu
diksindirən Heydər Əliyev idi!..
Səd heyf! Onda bu barədə həmin lənkəranlı ona dedi:
-Rusiyanın real prezidenti idi də... Türk oğlunun irəli çıxmasına
imkan vermədilər...
Bəli, bu həqiqət idi. Heydər Əliyev o vəzifəyə yiyələnsəydi, SSR-nin
süqutu bu qədər ağrı-acılı olmazdı. Heç o inanmır ki, Heydər Əliyev onda
Azərbaycanda olaydı, Qızıl Ordu burada-Bakıda bu oyunları- 20 Yanvar hadisəsini
törədəydi. Onları bəlkə də elə Samur tərəfdə qarşılayıb, şəhərə girməsinə imkan
verməzdi. Başqaları isə nəinki beləcə sayıqlıq göstərdilər, bu faciənin səbəbkarlarından
birinə çevrildilər.
Bu yaxınlarda Yeltsinin sabiq təhlükəsizlik rəisi Kojevnikovun kitabı
düşmüşdü əlinə. Oradakı bir fikir onun üçün xüsusilə yaddaqalan oldu. Deməsinə
görə hesablamalar göstərmiş ki, özəlləşmədən hər bir vətəndaşımız üç "Qaz-24”
maşının qiyməti qədər vəsait alacaq. Ancaq elə elədilər ki, üç arağın pulunu da
ala bilmədik.
Həmyerlisi Taleh Qaraşovu hələ gənclik illərindən tanıyırdı. Onun
komsomola isə gəlməsi bu günki kimi yadındadı. Rayon işçiləri ilə pambıq
toplamında idilər. Bir gün dedilər ki, sizin tərəfdən komsomola bir oğlan işə
gəlib. Əlbəttə, o vaxtlar bir çox yerlərdə olduğu kimi Kürdəmir də iki yerə
bölmüşdülər. Dəmir yolunun üstü, altı... Biz dəmir yolunun altı Kürqırağı
zonasının adamları idik. O vaxtlar da hərdən fatihə veriləndə, salavat
çevriləndə "bir əlli, iki əlli” söhbətlərindən biz o qədər xəbərdar deyildik.
Bir sözlə əsl mənada Mustafa Kəmal Atatürkün adamları idik:” Sivilizasiya
təriqətinin!”
Onda bu hündürbaş, qarabuğdayı, qıvraq oğlanla görüşüb, onu təbrik
elədim, fəəliyyətində uğurlar dilədim, həm də öz tövsiyyələrimi verdim! "İndi
siyasi işdəsən... Çalış fəallıq göstər... İnsan üçün cəsarət, ağıl,
həqiqətpərəstlik əsas şərtdir. Bir də ki, gərək cavanlıqda özünü qoruya, orta
yaşda tənbəlliyə yol verməyə, qocalanda xudbin olmayasan. Nahaq deməyiblər ki,
insan yaxınları ilə əlaqəni üzməməli, o cəmiyyətə yararlı olmalı, yaşlı
adamlara imkanı daxilində kömək etməlidi...
Nahaq demirlər ki, insan ilk növbədə öz imkanlarına, gücünə,
qabilliyətinə arxalanmalıdı. Taleh müəllim öz qabiliyyəti ilə tezliklə rayonda
komsomolun birinci katib oldu, partiya məktəbində oxudu. Müstəqillik illərində
Kürdəmir rayon icra hakimiyyətinin müavini, sonra da başçısı oldu.
"Kürdəmir şəhidləri” kitabını yazanda da məni bu işə ruhlandıran,
qayğı göstərən adamlardan biri oldu. Elə sonralar da... Ona görə də Siyəzəndə
hakimi əvəz edib, məhkəməyə sədrlik edəndə, dövlət notariusu işləyəndə də heç
vaxt əlaqəni kəsməz, görüşər, bir-birimizdən hal-əhval bilməyə çalışardıq.
Sonralar o vəzifə pillələrinə bir-bir qalxaraq Cəlilabadda,
Neftçalada, Astarada icra hakimiyyətinə başçı təyin olundu, işlədi. Lənkəran
şəhər icra Hakimiyyətinin başçı təyin olunanda buna necə sevindi, təsəvvür
etməzsiniz...
Axı, o zonaya getmək, bu gözəl şəhərlə tanış olmağım üçün real şərait
yaranmışdı. Ancaq yaxşı deyirlər ki, biz kökə bağlıyıq da, bir o qədər
gəzib-dolanmaqla aramız yoxdur. Allaha şükür nənələrimizin naxışlı xalçasını
xatırladan bu allı-güllü respublikamızın hər-bir rayonunda yaşamaq üçün az-çox
şərait yaradılıb. Bir də atalar deyib: "Çox gəzən şələ bağlamaz...”
Siyəzəndə bir fikir çox yada salınır, deyilir... Orada Gilgilçayın
ayırdığı iki kənd var: Mükül, Daşlı Çalğan. Araları çox deyil, hər ikisi sahilə
yaxındı. Bir gün xəstə yatağında olan yaşlı Daşlı Çalğanlıdan soruşurlar:”Kişi
qəlbində nə varsa de, özünə hər şeyi dərd eləmə”. Kişi kövrəlmiş halda deyir:
"Nə dərdim olacaq ki... Ancaq ölüb gedirəm Mükülü görmədim...”
Bax, beləcə qınaq sahibi olmasın deyə bir gün üz tutdu. Lənkəran tərəfə...Həm
bu gözəl bölgənin gözəlliklərini görüb, tanış olmaq, həm də dümyalar qədər
xətrini istədiyi Taleh Qaraşovla görüşmək üçün.
Onu Lənkəranda ilk ovsunlayan
çaya qoyulmuş çaya qoyulmuş abidə-çay dəm-dəsgahı, böyük, iri həcimli samovar
oldu, bir də xalqımızın fəxri, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun
şəhərin mərkəzində ucalan əzəmətli heykəl-abidəsi...
Mən ona baxa-baxa bir andaca necə də kövrəlmişdim... Axı o da mənim
üçün əsl mənada "Qürbət ellərdə” romanının baş qəhrəmanı Sovet İttifaqı
qəhrəmanı Məmiş Şahbaz oğlu Abdullayev kimi erməni xəyanətinin qurbanı
olmuşdu...
Hətta əsərin son fəslini sonuncu obrazında yazmışdı:”Bu dəhşətli
hadisə -qəhrəman oğlumuz Məmiş Şahbaz oğlu Abdullayevin həlak olması-
həmyerlimiz, tank qoşunları qvardiya general-mayoru, Sovet İttifaqı qəhrəmanı
Həzi Əsəd oğlu Aslanovun ölümündən cəmi dörd gün əvvəl-1945-ci ilin yanvarın
20- də baş vermişdi”...
Bu mənim üçün dəhşətli ağrı idi. Sanki o vaxt da erməni əli ilə
xalqımızın say-seçmə oğulları üçün biz xoşagəlməzlik hazırlanmış, gizli
göstərişlər öz işində idi...
Qaldı ki, general Həzi Aslanova... Yaxşı deyirlər ki, xalq çoxları
ilə yox, elə bir övladı ilə də şöhrətlənə bilər. Necə ki, İngiltərəni Vilyam
Şekspri, İsak Nuyutonu, Artur Kanondoylu, Fransanı Viktor Hüqosu, Balzaki
Mopassoc, Amerkanı Mark Tveni, Cek Londonu, D.Henrisi, Rusiyanı Lev Tolstoyu,
Dosteyeviskisi, Dimitri Mendeleyevi, Lukovu ilə tanıyırıq...
Həzi Aslanov Dağüstü parkdakı abidəsi, Hüseyn Abbaszadənin "General”
romanı, bu əsər əsasında çəkilmiş kinosu ilə bizə daha yaxın, doğmadı... Hər
dəfə göstəriləndə ona necə də həvəslə baxırıq.
Adətinə xilaf çıxmayıb oradan üz tutdu Lənkəran şəhər kitabxanasına.
Heç gözləməzdi, kitabxana işçiləri onu çox böyük səmimiyyətlə qarşıladılar:
-Xoş gəlmisiniz...
-Bizim sevimli yazıçısınız...
-Sizin kitablar bizim kitabxanada çox oxunur...
Fonda baxdı. Burada da kitablarından xeyli vardı. Çoxunun oxunmaqdan
üz qabığı korlanmışdı. Öz kiatblarını bu vəziyyətdə görmək onun üçün xoş idi.
Taleh müəllimlə görüşə bilməsə də, Lənkəranda olmaq, bu gözəl şəhəri
gəzmək onun üçün xoş idi. Hər tərəfdə bir gözəllik, gumrahlıq hiss edirdi. İcra
hakimiyyətində olanda qəbul şöbəsinin müdiri cavan oğlan dedi:
-Müəllim, çox təəssüf edirəm ki, başçı yerində olmadı.
-Narahat olmağa dəyməz. İş adamıdı. Başqa vaxt görüşərik.
Həqiqətən də başçı rayonda yox idi. Növbəti səfəri xeyli sonra oldu.
Bu dəfə isə görüşdülər. Taleh müəllim onu xoş bir səmimiyyətlə qarşıladı.
"Qürbət ellərdə” kitabının "Qanun” nəşriyyatında yenicə nəşrdən çıxmış
nüsxəsini ona verəndə, gülümsər halda bildirdi:
-Çox sağ olun, hökmən oxuyacağam.
Sonra da heç gözləmədiyi halda dedi:
-Yaxşı yadımdadı, mənim ilk dəfə komsomola işə gəlişim, sizin
tövsiyyə xarakterli sözləriniz...
-Çox sağ olun ki, unutmamısınız...
-Nə danışırsınz... İnsan belə xeyirxahlığı unudarmı?..
Prezidentimiz İlham Əliyevin hər dəfə Lənkərana, bu cənnət-məkanı
səfəri zaman onu Taleh Qasımovla bir yerdə görəndə qəlbi qürur hissi ilə
döyünür, sanki səslənib demək istəyir:-"Cənab Prezident, heç narahat olmayın,
orada hakimiyyət möhkəm əllərdədir...”
Axı həqiqətən də Kürdəmir ziyalıları hər sahədə öz sədaqətləri,
qabiliyyətləri ilə az-çox seçiliblər. Yadına düşür ki, Siyəzəndə dövlət
notariusu idi, 1996- cı ilin ağır günlərində orada hakim həbs olunanda, ona
əvəz etmək tapşırıldı. Bu bir ilədək müddətdə, 21 illik dövlət notariusu olduğu
müddətdə heç bir əsaslı ərizə-şikayət yaratmadı, bir işi belə ləğv olunmadı.
Nəticədə ədliyyənin ən yüksək mükafatına- ədliyyə Döş nişanına layiq görüldü.
Vaxtında öz cəsarəti, müdrikliyi, dönməzliyi, 20 ildən artıq
mübarizəsi ilə Çar Rusiyasını sarsıdan, çarın da belə son nəticədə hörmətlə
yanaşdığı Şeyx Şamilin ilk müəllimi kürdəmirli- Mövlanə İsmayıl Kürdəmirli
olmuşdur axı. O Mövlana ki, Türkiyədə bu gün də xatırlanır, prezident Rəcəb
Taip Ərdoğan çıxışları zamanı onun qiymətli kəlamlarından misallar gətirir.
Çar Rusiyası vaxtı Kürdəmiri şöhrətləndirən, oradan keçən məşhur bir
xarici şərabçının bir salxım üzüm alıb yeməsi və bu səbəbdən orada iri bir
şərab zavodu tikdirməsi olub. Böyük Fransız yazıçısı Aleksandr Düma – XIX əsrin
ikinci yarısında Qafqaza səfər edib, Ağsu aşırımından keçərək Şəkiyə gedəndə,
onda Kürdəmirdə də olub, bu gözəl "Şirvanşahı” üzümündən hazırlanmış kaqor
şərabından içib, onu xeyli tərifləmişdir.
Kürdəmir həm də öz ədliyyə generalları, alimləri, akademikləri ilə
tanınır. Səbəbsiz deyil ki, öz poeziyasının fəlsəfi tutumu ilə seçilən şair Məhəmməd
Hadi Kürdəmirdə müəllimlik etmiş, böyük satirik şairimiz M.Ə.Sabirin Kürdəmirə
bir çox səfərləri olmuşdur. Kürdəmir öz nemətləri, yemişi ilə məşhur olduğu
kimi, mərhum akademik Ağamusa Axundov, akademik Rafail Hüseynovun şəxsində
Azərbaycan elm, bilik aləminə elə gözəl dühalar vermişdir ki...Ağamusa Axundov
Respublikamızın ən gənc dilçi elmlər doktoru, professoru olmuşdur. Heydər
Əliyev onun xidmətlərini necə gözəl qiymətləndirirdi!..
Rafail Hüseynov!.. Hər bir azərbaycanlı ancaq onun barədə xoş söz
deyə bilir. Saatlarla radioda, televizyada çıxışlarını dinləmiş, apardığı gözəl
tədbirlərin iştirakçı şahidi olmuşuq.
Lənkəran, bu gözəl diyar haqqında söz demək istədim, çox mətləblər
yadıma düşdü... Bir də oranın elm, sənət adamları... Daha bu başqa bir yazının
mövzusudur. Görüşərik inşallah! Taleh müəllimin xeyirxahlığı ilə gözəl bir
tədbir təşkil olunub keçiriləndə.
Nahaq yerə demirlər ki, açıq fikir, gizli fikirdən də qorxusuzdur.
Hər şey deyilir, bilinir... Emosiyalar boşalır, sakitləşirsən... Bizim bu gün
hər bir vətən oğluna ancaq məhəbbətimiz ola bilər... O cümlədən bizim bu
günümüz, gələcəyimiz üçün yorulmadan çalışan rəhbərlərimizə... İlk növbədə
prezidentimiz İlham Əliyevə!.. Gözəl, mərd, mübariz Ali Baş Komandanımıza. 44
günlük Vətən müharibəsinin qalibinə. Vətənimizi xoş gələcəyə aparan bir
adama...
O gün olsun ki, başımızın üstündəki bu qara buludlar tam çəkilsin!..
Lənkəran nemətlərinin-çayının, limonun, balığının əsl dad-tamın bilək... Nə
qədər ağrılı, üzücü olsa da deməliyik... İnsan dərdli, əlamlı olanda ürəyi
açılmır, dad-tamı da yaxşı bilmir... O gün uzaqda deyil... Zəfər çələngimiz
sözsüz ki, dəfinə yarpağı ilə yanaşı həm də Lənkəran çayının ətirli
yarpaqlarından hazırlansaydı pis olmazdı! İnşallah, ziyafətimiz, pilovumuz üçün
yerli düyü də tapılar!.. Mer-meyvəsi, şirniyyatı da!..
Yaxşı deyirlər ki, müharibəni başlayan hərbiçilər yox siyasətçilərdi.
Onların sözü qurtaranda, bir birləri ilə dil tapmayanda aləm qarşır. Necə ki,
Qarabağ məsələsi qarışdı. Ancaq nəzərə alaq ki, bu həna o hənadan deyil axı...
Qarabağ bu gün əsil mənada iki dünyanın üz-üzə gəldiyi, bir-birilə üzləşdiyi
meydandı... Burada dini separatizmin imkanlar müharibəsi, həm də gizli
oyunbazlıqlar var. Heç nədən bəlasını biz, xalqımız çəkir... Var olsun
Prezidentimiz İlham Əliyev!
Yoxsa kim istər ki, bu uğur onun adına yazılmasın?!. Kim istər ki,
gecə-gündüz bu problemlərlə çırpınsın?!.Yaxşı ki, cənnət-məkan Lənkəranın bu
gözəl nemətləri-çayı, limonu, feyxuası, balığı var... Yoxsa lap halımız pis
olardı...