XƏBƏR LENTİ
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022



Əbülfət MƏDƏTOĞLU : - KİMİ... (Saralmış dəftərdən)
YAZARLAR 09:47 / 18.08.2021

Təklik dəyirman daşıdı
Üyüdür bildiyi kimi...
Ağrıyan dərdin başıdı -
Böyüdür, bildiyin kimi...
Dörd divar həm də çəpərdi
Tükənən canda təpərdi...
İlahi, aysberq dəbərdi -
Keyidir, bildiyi kimi...
Bir damla su da sızmayan
Özü yarasın duzlayan
Ürək,kədərin sızlayan -
Neyidir , bildiyin kimi!..

8893 oxunub

InvestAZ