XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



Materiallar prokurorluğa göndərdi
KRİMİNAL 10:21 / 17.08.2021

Binəqədi rayonu Mir Cəlal küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda qaraj tikintisi məqsədilə 16 ağacın vətəndaş Rahib Əliyev tərəfindən kəsildiyi və təbiətə 9300 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: "Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.(publika.az)


1825 oxunub

InvestAZ