XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



SEYRAN SƏXAVƏT NİYƏ ƏFQANISTANA GETMƏK İSTƏMƏDİ?
Maraqli 09:03 / 17.08.2021

Yazıçı Seyran Səxavət  bildiyiniz kimi (və yaxud bilmədiyiniz kimi), ixtisasca şərqşünasdır, bir müddət də İranda tərcüməçi işləyib. Sonra uzun müddət işsiz qalıb. Hökumətə  müraciət edir ki, mən  şərqşünasam, niyə məndən istifadə etmirsiniz? 

Həmin vaxt Sovet ordusu Əfqanıstanı  işğal etmişdi. Seyran Səxavəti dəvət edirlər aidi təşkilata və deyirlər ki, gəl səni göndərək Əfqanıstana.

Seyran Səxavət gülür və deyir:

- Mənim Əfqanıstanda nə işim var? Orda Sovet  hökuməti kolxoz qurur, gedən kimi  məni qoyacaqlar  kolxoz sədri. Ondansa gedib  Füzulinin  katibinə  iyirmi min manat verib gedib Yağlıvənddə kolxoz sədri işləyərəm də. Pulu pul, hörməti hörmət.


3107 oxunub

InvestAZ