XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



Bakıda 3 dost bıçaqlandı
KRİMİNAL 08:25 / 15.08.2021

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən qanlı hadisə baş verib.

Yenisəs.az  Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Xutor qəsəbəsində tərəflər arasında yaranan dava bıçaqlanma ilə nəticələnib. Bıçaq xəsarətləri alanlar 1994-cü il təvəllüdlü Ceyhun Elman oğlu İbişli, 2000-ci il təvəllüdlü Anar Əkbər oğlu Şəfiquliyev və 1994-cü il təvəllüdlü Elnur Pənah oğlu Sabirli təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. E.Sabirlinin vəziyyəti ağır olduğu bildirilir, bıçaq onun boyun nahiyəsinə nüfuz edib.

Məlumata görə, onlar dostdurlar.

Hadisənin təfərrüatı araşdırılır.


2146 oxunub

InvestAZ